Mobil versiya
Parlament hansı hallarda buraxıla bilər? - Deputat AYDINLIQ GƏTİRDİ
Tarix: 09-07-2019 | Saat: 12:34
Bölmə:Manşet / Siyasət | çapa göndər

Parlament hansı hallarda buraxıla bilər? -


Milli Məclisin deputatlarının hələ də məzuniyyətə getməməsi, bu il növbədənkənar iclasların sayının əvvəlki illərlə müqayisədə çox olması parlamentlə bağlı bəzi iddialara yol açıb.


Ancaq Milli Məclisin vaxtından əvvəl buraxılacağı barədə yayılan söz-söhbətə cavab olaraq həm hakimiyyət nümayəndələri, həm də parlament rəsmiləri bildiriblər ki, Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən Milli Məclisə növbəti seçkilər gələn il – 2020-də keçiriləcək.


Bəs ümumiyyətlə, parlament hansı hallarda buraxıla bilər?


Modern.az-ın bu qəbildən olan suallarını Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov cavablandırıb.



Deputat bildirib ki, ümumiyyətlə parlamentin buraxılması müzakirə mövzusu deyil:


“Parlamentin buraxılacağı ilə bağlı iddiaların heç bir qanuna söykənən əsası yoxdur və şayiələrdən ibarətdir. Müxtəlif qruplar oturub nə isə fikirləşir və bunu ictimailəşdirərək, dezinformasiya yayılmasına yol açırlar. Faktiki olaraq Milli Məclis öz işini davam etdirir və hazırda belə bir məsələ gündəmdə deyil.”.




V.Əhmədov şayiələrin nədən qaynaqlandığını da izah edib:

“Həmişə iyunun 30-na qədər Milli Məclisin iclasları yekunlaşdırılırdı və deputatlar bundan sonra tətilə gedirdi. Bu il isə vaxt uzadılıb. Məsələ burasındadır ki, biz əvvəllər qanunları ilk oxunuşda qəbul edirdik, işlər də sürətli gedirdi. Amma indi elə qanunlar və dəyişikliklər var ki, biz onu üç oxunuşda qəbul edirik. Məsələn, bugünkü iclasda 30-a yaxın qanun üçüncü oxunuşda qəbul olunacaq. Bütün bunlar üçün çox vaxt sərf olunur. Həm plenar iclaslarda, həm komitə iclaslarında gedən müzakirələrin çoxluğu səbəbindən çatdıra bilmirik. Ona görə də bu qanunların qəbulu üçün əlavə vaxt təyin olundu ki, növbəti mövsümə qalmasın. Yəni bunun başqa səbəbi yoxdur. Parlament normal işləyir, qanunları qəbul edir, ölkədəki islahatları dəstəkləyir. Ona görə də parlamentin buraxılması iddialarının heç bir qanuni bazası yoxdur”.



Deputat parlamentin hansı hallarda buraxılacağına da aydınlıq gətirib:

“Parlament seçkili orqandır, buraxılması seçicilərin narazılıqları və tələbilə reallaşa bilər. Eyni zamanda, Konstitusiyaya edilən əlavə və dəyişikliklərlə Prezidentə parlamenti buraxmaq, ona növbədənkənar seçki təyin etmək səlahiyyəti verilib. Amma Prezidentin parlamenti buraxması üçün xüsusi hallar nəzərdə tutulub. Əgər parlament il ərzində iki dəfə Nazirlər Kabinetinə, Ali Məhkəməyə, Konstitusiya Məhkəməsinə etimadsızlıq götərərsə, Prezident parlamenti buraxa bilər. Bir də Konstitusiyada belə bir maddə var ki, təqdim edilən layihələrə 20 gün ərzində baxılmazsa və 14 gün müddətinə təsdiq olunmazsa, Prezident parlamenti buraxa bilər. Milli Məclisdə isə belə hallar baş verməyib”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024