Xaricdəki diplomatik nümayəndəliklərimizin sayı artır
Tarix: 05-07-2019 | Saat: 16:29
Bölmə:Siyasət | çapa göndər
"Azərbaycanın xarici ölkələrdə diplomatik nümayəndəliklərinin sayı artmaqdadır. Bu, xarici siyasətimizin coğrafiyasının genişlənməsinin bariz nümunəsidir".
Bakupost-un məlumatına görə, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident Kitabxanasının "Azərbaycan diplomatiyası" adlı elektron resursunun təqdimatında çıxış edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanda da xarici diplomatik nümayəndəliklərinin sayı artır.
Şöbə müdiri bildirib ki, bu gün Azərbaycan diplomatiyası öz peşəkarlığı ilə dövlət başçısı tərəfindən qoyulan tapşırıqları qətiyyətlə, əzmlə və sədaqətlə yerinə yetirir: "Diplomatlarımız çox çətin ölkələrdə, ictimai-siyasi vəziyyəti ağır dövlətlərdə, vətəndən çox-çox uzaqda ölkəmizi layiqincə təmsil edirlər. Sevindirici haldır ki, onların sırasında gənclərin, gənclərin də arasında qadınların sayı artır".
H. Hacıyev qeyd edib ki, bu gün ADA Universitetinin məzunları Xarici İşlər Nazirliyində, Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində çalışırlar.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-11-2024
11:36 Ağ Evdən Açıqlama...