Mobil versiya
“Parlamentin buraxılmasını istəyənlərin arzuları gözündə qalacaq” - Üç deputat
Tarix: 03-07-2019 | Saat: 12:30
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Parlamentin buraxılmasını istəyənlərin arzuları gözündə qalacaq”


Bəzi KİV-lərin dünən Milli Məclisin iyul ayı üçün təcili növbədənkənar sessiya çağırdığı barədə xəbər yayması sosial şəbəkələrdə və cəmiyyətdə müxtəlif mövqelərdən şərh olunmaqdadır.

Milli Məclisin ənənəvi olaraq iyunda keçirdiyi növbədənkənar sessiyanı bu il ilk dəfə iyul ayında da davam etdirməsi bəzi şayiələrə rəvac verib. Məsələn, sosial şəbəkələrdə yayılan belə şayiələrdən birində növbədənkənar parlament seçkiləri haqda qərar veriləcəyi, hazırkı Milli Məclisin vaxtından əvvəl buraxılacağı barədədir.


Milli Məclisin deputatları bu məsələlər haqda Modern.az-a danışıblar.

Parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, bu il növbədənkənar sessiya iclaslarının iyul ayına uzanması qanunların çoxluğu ilə əlaqədardır:


“Bu il işlənəcək çox qanun olduğuna görə növbədənkənar sessiya iclasımız iyul ayına qədər uzandı. Parlamentin buraxılması ilə bağlı məlumat yayanların isə arzuları gözündə qalacaq. Parlamentin buraxılması haqda söhbət gedə bilməz, parlament işləyir. Vaxtı gələndə seçkilər də keçiriləcək. Bu cür söhbətləri yayanlar tək kəlməylə ölkədəki sabitliyi pozmaq niyyətindədirlər. Hamsı boş söhbətlərdir”.


Deputatı Aydın Mirzəzadə xatırladıb ki, iyuinun əvvəlindən başlayan növbədənkənar sessiya hələ bitməyib:

“İyul ayının əvvəlində də həmin sessiyanın növbəti iclaslarının keçirilməsi gözlənilir. Parlamentin buraxılması barədə heç bir məlumat yoxdur və hesab edirəm ki, buna ehtiyac da yoxdur. Cəmi 1 ildən sonra Azərbaycan Respublikasının Konstitutsiyasına görə, növbəti parlament seçkiləri keçiriləcək. Sessiya iclasının iyul ayına təsadüf etməsi ilə bağlı deyə bilərəm ki, hər zaman nələrsə “ilk” olur. Bu normal haldır. Bu cür informasiyaların yayılması sadəcə olaraq müəyyən mövzuları müzakirə etmə istəyindən irəli gəlir. Düşünürəm ki, istənilən mövzu müzakirə oluna bilər”.


Deputat Fəzail Ağamalı Milli Məclisin növbədənkənar sessiya iclasının iyulun 9-12-də olacağını qeyd edib:


“Biz növbədənkənar iclasların keçirilməsindən sonra məzuniyyətə çıxacağıq. Məndə bundan başqa məlumat yoxdur. Digər məlumatların yayılması sadəcə olaraq bekarçılıqdan irəli gəlir. Çünki “növbədənkənar seçki” mövzusu populyar və aktual mövzudur.

Ölkə prezidentinin islahatların dərinləşməsi ilə bağlı sərəncamları, fərmanları var. Milli Məclisə qanun layihələri təqdim olunur. Biz adekvat olaraq bu addımları atmalıyıq. Bu addımları atmaq üçün isə növbədənkənar sessiya iclaslarımız davam edir”.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2024