Mobil versiya
Əhmədzadənin dövlət büdcəsini talayan işçisi qiymətləri kəllə-çarxa çıxarıb
Tarix: 22-01-2016 | Saat: 13:42
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər

Əhmədzadənin dövlət büdcəsini talayan işçisi qiymətləri kəllə-çarxa çıxarıb

Şirvan Üzən Nasoslar Zavodunun müdiri Əliheydər Dövlətov uzun illər boyu dövlət büdcəsindən və rəhbərlik etdiyi zavoddan taladığı pullarla açdığı inşaat malları topdan satış mərkəzlərində qiymətləri kəskin artırıb

Bu barədə AzFakt.com-a Sabirabaddan daxil olan məlumatda bildirilir.

Qeyd edək ki, ölkə prezident son günlər keçirdiyi müşavirələrdə qiymətlərin süni şəkildə artırılmasının qarşısının alınmasını ən kəskin şəkildə tələb etmişdi.

Buna baxmayaraq dövlət büdcəsindən mənimsədikləri pullarla özlərinə ticarət və digər biznes sahələri açan bir sıra məmurlar ölkə prezidentinin bu çağırış və tələblərini yumşaq desək, eşitməməzlikdən gəlirlər. Bu məmurlar dövlətin pullarını mənimsəməklə yanaşı bu gün acgözlük və tamahkarlıq nümayiş etdirərərək faktiki olaraq yerlərdə sosial narazılıqları körükləyirlər. Belə məmurlardan biri də uzun illər boyu dövlətin pullarını mənimsəməklə və rəhbərlik etdiyi müəssisəni tarmar etməklə böyük sərvət toplamış Şirvan Üzən Nasoslar Zavodunun müdiri Əliheydər Dövlətovdur.

Belə ki, şikayət məktubunda bildirilir ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin nəzdində fəaliyyət göstəən Şirvan Üzən Nasoslar Zavodunun müdiri Əliheydər Dövlətov prezidentin tələb və çağırışlarına qətiyyən məhəl qoymadan öz dükanlarında satdığı malların qiymətini 100 faiz qaldırıb. Halbuki Əliheydər Dövlətov topdan satış dükanlarında satdığı malları devalvasiyadan əvvəl alıb və ona görə də malların qiymətlərinin 100 faiz artırılması faktiki olaraq vəziyyətdən sui-istifadə etmək cəhdi kimi qiymətləndirilməlidir.

Rayon sakinlərinin saytımıza göndərdiyi məlumatda qeyd olunur ki, Sirvan Salyan yolunun üstündə, Sabirabadin Dadaşbəyli kəndinin yaxınlığında açdığı inşaat malları topdan satış mərkəzində satdığı malların qiymətini bir neçə dəfə qaldırıb. Sakinlər iddia edirlər ki, Əliheydər Dövlətov 2-ci devalvasiyadan qabaq topdan satış mərkəzinə yüz tonlarla inşaat malları yığmışdı. Zavod müdiri Bakıdakı dostlarından tonlarla armatur, taxta və s. mallar gətirərək satış mərkəzini doldurub. Devalvasiyadan sonra Əliheydər Dövlətov qiymətləi bir neçə dəfə qaldırıb.

Rayon sakinlərinin göndərdikləri fotolarda Əliheydər Dövlətovun Dadaşbəyli kəndi yaxınlığındakı topdan satış mərkəzi açıq aydın görünür. Hazırda mərkəzdə bir neçə milyonluq inşaat malının olduğunu və Əliheydər Dövlətovun bu milyonları məhz dövlət vəsaitlərini mənimsəməklə əldə etdiyi vurğulanır. Şikayətçi bildirir ki, bunun üçün sadəcə Şirvan Üzən Nasoslar Zavodunda yoxlamalar aparmaq kifayətdir. O zaman bəlli olacaq ki, hələ sovet dönəmindən bu günə qədər Əliheydər Dövlətov neçə milyon dövlət vəsaitini mənimsəyib. Zavodun nə qədər əmlakını «metallom» edərək İrana satıb.

Verilən digər məlumatda isə bildirilir ki, Şirvan Üzən Nasoslar Zavodu müdirinin Dadşbəyli kəndinin yaxınlığındakı inşaat malları topdan satış mərkəzindan başqa Bakı şəhərində Səbail rayonunun Bayıl qəsəbəsi ətrafında avtomobil eytiyyat hissələri satış mağazasi var.

Gördüyünüz kimi sıradan bir müəsissə rəhbəri olan Əliheydər Dövlətovun bir neçə ticarət obyekti, onlarla mağazası, evləri və sair mal mülkü var. Görəsən Meliorasiya və Su Təsərrüfatı ASC sədri Əhməd Əhmədzadə Əliheydər Dövlətovun milyonluq sərvətindən xəbərdardımı? Əgər xəbərdardısa, o zaman niyə Əliheydər Dövlətovdan milyonlarını hansı yolla qazandığını soruşmur?

Əliheydər Dövlətovun Salyan-Şirvan yolunun üstündə, Dadaşbəyli
kəndi yaxınlığındakı mal-matreal topdan satış mərkəzi:



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə