Mobil versiya
AŞ nümayəndəsi: Avropa Şurası ilə Azərbaycan arasında məhkəmə və hüquq sahəsində səmərəli əməkdaşlıq qurulub
Tarix: 02-07-2019 | Saat: 10:31
Bölmə:Siyasət | çapa göndər

AŞ nümayəndəsi:


Avropa Şurası ilə Azərbaycan arasında məhkəmə və hüquq sahəsində səmərəli əməkdaşlıq qurulub.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqının və Avropa Şurasının Birgə Proqramı olan “Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” adlı yeni layihənin təqdimat konfransında Avropa Şurasının Ədliyyə və hüquqi əməkdaşlıq departamentinin rəhbəri Hanne Juncher deyib.

H.Junçer bildirib ki, bu layihə tərəflər arasında əməkdaşlığın inkişafına xidmət edəcək: "Uzun illərdir ki Avropa Şurası bu istiqamətdə Azərbaycanın müxtəlif qurumları, o cümlədən Ədliyyə Nazirliyi ilə əməkdaşlıq edir. Azərbaycan məhkəmə sisteminin təkmilləşdirilməsi sahəsində böyük nailiyyətlər əldə edib".

Avropa Şurası nümayəndəsi əlavə edib ki, yeni layihə məhkəmə sisteminin səmərəliliyinin daha da artırılmasına səbəb olacaq.

O, səmərəli əməkdaşlığa görə Azərbaycana təşəkkürünü bildirib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2024