Şimali Kiprdəki azərbaycanlılar kömək üçün hara müraciət etsinlər? - XİN-dən CAVAB
Tarix: 01-07-2019 | Saat: 16:03
Bölmə:Manşet / Siyasət | çapa göndər
Beynəlxalq aləmdə Türkiyədən başqa heç bir dövlət tərəfindən tanınmayan Şimali Kipr Türk Respublikasına ölkəmizdən də səyahət edən, təhsil almağa və başqa məqsədlərlə gedənlər az deyil. Azərbaycan tərəfindən rəsmi olaraq tanınmayan bu ərazidə vətəndaşların problemləri ilə əlaqədar müraciət edə biləcəyi nümayəndə və ya nümayəndəlik varmı?
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Modern.az-a bildirib ki, rəsmi diplomatik şəkildə ölkə tanınmırsa, orada hər hansı bir azərbaycanlı nümayəndənin olmasından söz gedə bilməz:
“İndiyədək istər təhsil almağa, istərsə də səyahət məqsədilə Şimali Kiprə gedən vətəndaşlarımızdan heç biri haqlarının pozulması və ya başqa hallarla bağlı Xarici İşlər Nazirliyinə müraciət etməyib. Digər hallarla əlaqədar vətəndaşlarımız Azərbaycanın Şimali Kiprə yaxın ərazidəki diplomatik nümayəndəliklərinə müraciət edə bilərlər. Yenə də vurğulayım ki, Azərbaycanın rəsmi şəkildə tanımadığı bir ərazidə diplomatik nümayəndə ola bilməz”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər