Mobil versiya
Deputat maliyyə amnistisiyası elan etməyə çağırdı
Tarix: 27-06-2019 | Saat: 12:54
Bölmə:Siyasət | çapa göndər

Deputat maliyyə amnistisiyası elan etməyə çağırdı


“Biz maliyyə amnistisiyası elan etməliyik”. Modern.az xəbər verir ki, bunu millət vəkili Tahir Kərimli Milli Məclisin növbədənkənar sessyiasının iclasında 2019-cu ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, müəyyən insanlar vəziyyətdən istifadə edərək maddi imkanlarını artırıblar:

“Biz niyə onları qorxutmalıyıq? Maliyyə amnistisiyası elan edək, həmin insanlar ölkədən kənara çıxardıqları vəsaitləri gətirib Azərbaycaan sərmayə qoysunlar. Xaricdə olan bir azərbaycanlı iş adamı ilə danışdım, Azərbaycana sərmayə qyomağa ehtiyat edir”.

Tahir Kərimli qarşıdan bələdiyyə seçkilərinin gəldiyini də xatırladıb: “Çox yaxşı haldır ki, cənab prezidentin sərəncamı ilə dövlət və qeyri-dövlət qulluğunda çalışanların əmək haqları artır. Qarşıdan bələdiyyə seçkiləri gəlir. Partiyalara köməklik lazımdır. Xahiş edirəm, bu artan pulun yarım faizi siyasi partiyaların maliyyələşməsinə xərclənsin. Partiyalarda çalışan insanların da sosial təminata ehtiyacı var”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024