Mobil versiya
FHN Akademiyasında “Heydər Əliyev məktəbinin lektoriyası”nın növbəti məşğələsi keçirilib
Tarix: 14-06-2019 | Saat: 16:30
Bölmə:Gündəm | çapa göndər

FHN Akademiyasında “Heydər Əliyev məktəbinin lektoriyası”nın növbəti məşğələsi keçirilib


Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 15 iyun – Milli Qurtuluş Günü münasibətilə "Heydər Əliyev məktəbinin lektoriyası”nın növbəti məşğələsi keçirilib.

FHN-dən aia.az-a verilən məlumata görə, Lektoriyanın qonağı Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov olub. Əvvəlcə, tədbir iştirakçıları Akademiyanın həyətində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyaraq Dahi Rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi general-mayor Baba Salayev Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, Azərbaycanın çağdaş tarixi dahi siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır: "15 iyun 1993-cü il müasir tariximizə böyük qayıdış, Milli Qurtuluş Günü kimi yazılıb. 1993-cü ilin yayında Azərbaycan "olum, ya ölüm” dilemması qarşısında qalanda xalqımız son ümid yeri kimi öz dahi oğlu Heydər Əliyevə müraciət edib. Ulu Öndərin yenidən hakimiyyətə qayıdışı Azərbaycanı bütün təhlükələrdən xilas etdi, xalqın istək və arzularını, onun dövlətçilik ənənələrini, milli maraq və mənafelərini müstəqillik ideyası əsasında birləşdirdi. Onun qətiyyəti və dəmir iradəsi sayəsində müstəqilliyimiz qorunub saxlanıldı, əbədi prosesə çevrilə bildi. Ümummilli lider Heydər Əliyev ömrünün bütün qalan hissəsini müstəqilliyimizin möhkəmləndirilməsinə sərf edib. Ölkəmizin bugünkü sürətli inkişafı, uğurları məhz Milli Qurtuluşun bəhrəsidir”.

Akademiyanın rəisi qeyd edib ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında aydın bir yolla öz parlaq sabahlarına doğru addımlayır və bu yol ümummilli lider Heydər Əliyevin dahi uzaqgörənliklə müəyyən etdiyi bir yoldur.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Elman Nəsirov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, xalqımızın xoşbəxt gələcəyi naminə dahi şəxsiyyətin misilsiz xidmətlərindən, həyata keçirdiyi siyasi-iqtisadi islahatlardan bəhs edib.

Elman Nəsirov Ulu Öndərin mütərəqqi siyasi xəttini müvəffəqiyyətlə həyata keçirən, onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin respublikamızın davamlı inkişafı yolunda gördüyü misilsiz xidmətlərindən söhbət açaraq, onun yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin dünya ölkələri arasında nüfuzunun günbəgün artdığını qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024