Mobil versiya
3 yaşlı Zəhranın oğurlanmasına görə cinayət işi açıldı
Tarix: 07-06-2019 | Saat: 19:16
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

3 yaşlı Zəhranın oğurlanmasına görə cinayət işi açıldı



3 yaşlı Zəhra Bağırzadənin oğurlanması faktı ilə əlaqədar Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.



Baş Prokurorluğun mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən 1980-ci il təvəllüdlü Nəzərova Təzəgül Şükür qızı şübhəli şəxs qismində saxlanılıb. Hazırda istintaq tədbirləri davam etdirilir. Həmin qadın barəsində həbs qətimkan tədbiri seçilib.



Bakı şəhər Baş Polis İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri intensiv axtarış tədbirləri nəticəsində itkin düşmüş üç yaşlı iki gün sonra Zəhra Bağırzadə paytaxtın Nizami rayonu ərazisində tapılaraq ailəsinə təhvil verilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024