«Bakı Beynəlxalq Dəniz Ticarət Limanı»nda nə baş verir?
Tarix: 18-01-2016 | Saat: 17:12
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər
Prezident İlham Əliyev Taleh Ziyadovu yeni yaradılan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru təyin edib.
Qeyd edək ki, prezident həmçinin “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yenidən təşkili ilə Nəqliyyat Nazirliyinin tabeliyində Xəzər dənizinin Bakı şəhərinə aid akvatoriyasında liman xidmətləri göstərmək hüququna malik olan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.
Cəmiyyət Bakı Beynəlxalq Dəniz Ticarət Limanının hüquqi varisidir və onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir.
Aia.az saytına daxil olan məlumata görə, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti isə əlinə düşən bu imkandan süni istifadə edərək sahibkarları incidir və manapolyaya şərait yaradır. Bunu saytımıza adının açıqlanmasını istəməyən mənbə bildirir ki, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin direktor muavini Vaqif Hüseynov özü şəxsən 4 ədəd maşın alıb və qeyri- qanuni olaraq tələb edir ki, bərəyə yüklər və qoşqular ancaq onun maşını vasitəsi ilə girə bilər . Qeyri- qanuni şəxs gəlir mənbəyi olan bu xidmətə görə isə sahibkarlardan qeyri- qanuni olaraq səksən dolar tələb edir. Bundan əlavə olaraq həmin mənbə bildirir ki, dollar qalxmamışdan qabaq yüklərin körpüdən keçməsi üçün alınan 33 azn indi isə qeyri qanuni olaraq 33 dolarla əvəz olunub. Bu isə haqlı olaraq sahibkarların narazılığına səbəb olub .Vaqif Hüseynovun bu cür əməllərindən şikayətçilər , çox saylı sahibkarlar ərzə yaziblar və adiyyatı üzrə rəhbər vəzifəli şəxslərə şikayət ediblər. Hal-hazırda Vaqif Hüseynovun sahibkarları incidməsi ilə bağlı heç bir tədbir görülmür.
Vaqif Hüseynovu yaxından tanıyan mənbə bildirir ki, onun “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin direktor muavini olacaq savadda deyil və bu sahəyə yad bir adamdır.Mənbənin bildirdiyinə görə Vaqif Hüseynov Nəqliyyat Naziri Ziya Məmmədovun şəxsi yemək daşıyanı olub və sonra Qrant şirkətlər qurupunda işləyib indi də “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətində direktor muavinidir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024