Həmsədr: “Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır”
Tarix: 30-05-2019 | Saat: 18:02
Bölmə:Siyasət | çapa göndər
“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır".
Bu sözləri ONA-ya açıqlamasında Azərbaycanda səfərdə olan ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov deyib. “Görüşün yeri və vaxtı hər iki ölkənin Xarici İşlər Nazirlikləri tərəfindən elan ediləcək”,- deyə həmsədr əlavə edib.
Qeyd edək ki, ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik mayın 27-də Ermənistana səfər ediblər.
Ötən gün onlar Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində olublar. Bu gün həmsədrlər Azərbaycana gələrək Prezident İlham Əliyevlə görüşüblər. Görüşdə xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2024
16-11-2024