Mobil versiya
“Deputatların intizamlı olması vacibdir” – Oqtay Əsədov
Tarix: 30-05-2019 | Saat: 12:39
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Deputatların intizamlı olması vacibdir”


“Deputatların hüquq və səlahiyyətlərinin genişlənməsi yaxşı olardı”.



Modern.az xəbər verir ki, bunu bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Fazil Mustafa bildirib.



O deyib ki, son vaxtlar əsasən deputatın intizamı məsələsi ilə bağlı dəyişikliklərə diqqət yetirilir: “Deputatların qanunvericilik təşəbbüslərində fəal iştirakı ilə bağlı məsələlərə diqqət yetirilsə, daha yaxşı olar”.



Milli Məclisin sədri Oqtay Əsədov isə intizam məsələsinin önəmli olduğunu, dəyişiklik layihəsinin isə birinci oxunuşda müzakirəyə çıxarıldığını bildirib:



“Deputatların intizamlı olması vacibdir. Biz isə hazırda qanuna texniki dəyişiklikləri müzakirə edirik”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2024