Mobil versiya
“ABŞ-Azərbaycan əlaqələrində inkişaf olacaq” – Fərid Şəfiyev
Tarix: 30-05-2019 | Saat: 09:48
Bölmə:Siyasət | çapa göndər

“ABŞ-Azərbaycan əlaqələrində inkişaf olacaq”


“Son bir neçə gündə (24 May və 28 Mayda) ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə iki məktub ünvanlanması ABŞ-ın Azərbaycana yüksək önəm verdiyini və bölgədə liderlik rolunu aydın göstərir”.



Bunu Modern.az saytına açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev deyib.



O bildirib ki, məktublarda müxtəlif mövzular əhatə olunur: terrorizmə qarşı mübarizə, enerji sahəsində əməkdaşlıq, ölkədaxili islahatlar və s.



“Adətən Müstəqillik günü ərəfəsində bələ məktublar daxil olmaqdadır. Lakin bu dəfə iki məktubun qısa bir zamanda göndərilməsi təsadüfi deyil. Çox güman ki, yaxın zamanlarda ikitərəfli əlaqələr çərçivəsində müəyyən inkişafın olmasını müşahidə edəcəyik”-deyə F. Şəfiyev söyləyib.



Qeyd edək ki, ABŞ lideri Donald Tramp XXVI Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisinin keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevə məktub yazıb.



Bu, son bir həftədə Trampın Azərbaycan Prezidentinə yazdığı ikinci məktubdur. O, bundan əvvəlki məktubu mayın 24-də ünvanlayıb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2024