Mobil versiya
Fransa Prezidentindən İlham Əliyevə TƏBRİK: “Tezliklə Bakıda görüşəcəyimizi ümid edirəm”
Tarix: 29-05-2019 | Saat: 16:36
Bölmə:Siyasət | çapa göndər

Fransa Prezidentindən İlham Əliyevə TƏBRİK:


Fransa Prezidenti Emmanuel Makron Prezident İlham Əliyevə təbrik məktubu göndərib.


aia.az xəbər verir ki, məktubda deyilir: “Cənab Prezident. Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi, eləcə də rifah və xoşbəxtlik arzularımı çatdırıram.

Əmin ola bilərsiniz ki, Azərbaycan, Fransa və Avropa İttifaqı arasında əlaqələrin daha da möhkəmlənməsini, xüsusilə Sizin və Birinci vitse-prezidentin, bildiyim qədər, yaxından diqqət yetirdiyiniz səhiyyə və ətraf mühit sahələrində qarşıya çıxan çətinliklərin aradan qaldırılması istiqamətində birgə təşəbbüslərimizin daha çox olmasını görmək arzusundayam.

Həmçinin icazə verin, Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə ədalətli və davamlı həllinə dair Fransanın qətiyyətli, tam və qərəzsiz öhdəliyini bir daha vurğulayım.

Cənab Prezident, məmnuniyyətlə Bakıda tezliklə yenidən görüşəcəyimizə ümid edir, Sizə olan yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2024