Mobil versiya
Trampdan Azərbaycan prezidentinə növbəti məktub
Tarix: 29-05-2019 | Saat: 16:07
Bölmə:Karusel / Siyasət | çapa göndər

Trampdan Azərbaycan prezidentinə növbəti məktub


Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp XXVI Beynəlxalq "Xəzər Neft və Qaz” sərgisinin keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevə məktub yazıb.

aia.az-ın xəbərinə görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin keçirilməsinin 26-cı ildönümü ilə əlaqədar ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.

Azərbaycan özünün tarixində bugünkü qədər firavan və qlobal iqtisadiyyata bağlı olmamışdır. Cənub Qaz Dəhlizi daxil olmaqla, Azərbaycanda hasil olunan neft və qaz dünya enerji bazarlarında sabitliyi artırmaqda davam edir.

Türkmənistan və Şərqi Aralıq dənizi hövzəsi ölkələri kimi digər potensial təchizatçılarla tərəfdaşlıq quraraq Azərbaycan daha böyük liderlik rolu oynaya bilər. Ölkənizin uğurlarını genişləndirməyin əsl vaxtıdır.

Amerika Birləşmiş Ştatları xarici sərmayələrin cəlb edilməsi və innovasiyaların təşviqinə xidmət edəcək iqtisadi islahatların davam etdirilməsində səylərinizi dəstəkləyir. Azərbaycanın iqtisadi uğuru bütün regiona sabitliyin gətirilməsinə yardım edəcəkdir.

Mən birgə səylərimizlə Cənubi Qafqazın daha da dinc, demokratik və firavan olması üçün əməkdaşlığımızın davamlı olmasını arzulayıram".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2024