Mobil versiya
Elman Nəsirov: Ermənistanın Avropa Liqasının final oyununa siyasi rəng qatmaq niyyəti puça çıxdı
Tarix: 29-05-2019 | Saat: 15:57
Bölmə:Siyasət | çapa göndər

Elman Nəsirov:


Azərbaycan tərəqqi etdikcə “permanent yuxusuzluq” sindromundan əziyyət çəkən erməni lobbisi və onunla məlum şərtlər daxilində sinxron fəaliyyət göstərən qaragüruhçu siyasi dairələr əvvəcə “siyasi apatiya” vəziyyətinə düşür, sonra isə “psixi sayıqlamalar” fonunda qərəzli məqsədlərini reallaşdırmaq istəyirlər.

Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, reallaşma əmsalı sıfra bərabər həmin qüvvələrin məqsədi ilk növbədə Azərbaycanın imicini ləkələmək, ona təzyiq göstərmək, beləliklə mühüm beynəlxalq idman tədbirinə - Avropa liqasının Bakıda keçiriləcək final oyununa qarşı təxribat törətməklə onun boykot edilməsinə nail olmaqdan ibarət idi:

“Bu dəfə də onların xəbis niyyətləri ürəylərində qaldı. Beynəlxalq futbol ictimaiyyəti bu qaragüruhçuların bütün iddialarının qərəzli olduğunun fərqinə vardi. Ermənistanın bu mühüm idman hadisəsinə siyasi rəng qatmaq niyyəti puça çıxdı. “Mxitaryan” sindromu iflasa uğradı. Oyunqabağı məşqlər zamanı “Arsenal”ın oyunçularının öz idman köynəklərinin arxasına “Mxitaryan” yazmaq niyyəti də UEFA rəhbərliyinin qəti etirazı ilə rədd edildi".

Deputat qeyd edib ki, Ermənistanın başqa sahələrdə olduğu kimi, idmanda da ciddi böhranla qarşılaşdığı həqiqəti üzə çıxdı: "Bu gün erməni mətbuatı yazır ki, işlər belə getsə, yuxumuzda da dünyaca məşhur oyunlara ev sahibliyi edə bilməyəcəyik. “İrəvanda Vazgen Sarkisyan adına olan Respublika stadionunun beynəlxalq standartlara uyğun gəlməməsi ucbatından UEFA tərəfindən diskvalifikasiyası mümkündür”, - bu fikirlərin müəllifi isə Ermənistanın Futbol Federasiyasının prezidenti Artur Vaneçyandır. İrəvanda “Razdan” adlı vaxtilə populyar olan bir stadion da var. Tutumu 55 min nəfərdir. Keçən əsrin 70-ci illərində tikilib. Vəziyyəti bərbad haldadır. Artıq neçə ildir ki, bu stadionda futbol oyunları təşkil oyunmur. Ətrafı isə pərakəndə ticarət obyektləri ilə əhatələnib. Başqa sözlə, burada futboldan başqa, hər şey oynanılır. Əslində Ermənistanda futbolun vəziyyəti də elə “Razdan”da olduğu kimidir. Ermənistanda futbolun ağır böhran keçirdiyi bir vaxtda bu gün, mayın 29-da Azərbaycan paytaxtı yenidən dünyanın diqqət mərkəzində olacaq".

E.Nəsirovun sözlərinə görə, Azərbaycan idmanda qazandığı mohtəşəm nailiyyətləri ilə bütün dünyada məşhurdur:

"Əslində iqtisadiyyatda olduğu kimi, idman sahəsində də inkişaf etmiş dövlətlərin “G-20” qrupu formalaşsaydı, ölkəmiz birmənalı olaraq onun sıralarında layiqli yerini tutardı. Başqa sözlə, Azərbaycan idman sahəsində artıq inkişaf etməkdə deyil, inkişaf etmiş dövlətdir. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, - "Artıq bu gün Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır. Bizim idman uğurlarımız çox parlaqdır. Biz ildən-ilə idman nəticələrimizi, uğurlarımızı artırırıq...Bu gün bizim idman qurğularımız xalqımıza, idmançılara xidmət göstərir. Yeni tikilmiş möhtəşəm Olimpiya Stadionumuz, Su İdmanı Sarayı, Atıcılıq Mərkəzi, təmir edilmiş digər idman obyektlərimiz bu gün ən yüksək standartlara cavab verir və biz bundan sonra da istənilən beynəlxalq yarışı keçirə bilərik”.

Millət vəkili əlavə edib ki, dövlət başçısı cənab İlham Əliyevin səsləndirdiyi bu reallıqlar fonunda 29 may tarixi və Bakı şəhəri beynəlxalq futbol tarixinə təkcə Böyük Britaniyanın iki məşhur futbol klubunun - “Çelsi” və “Arsenal”ın oyununun keçirildiyi tarix və gözəl şəhər kimi daxil olmayacaq, eyni zamanda idmanın siyasətin əlində alətə çevrilməsinə imkan verilməyən bir ZAMAN və MƏKAN kimi də həkk olacaq”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2024