Mobil versiya
“Azəriqaz” dövlət qurumunu niyə məhkəməyə verib? - AÇIQLAMA
Tarix: 27-05-2019 | Saat: 16:49
Bölmə:Gündəm | çapa göndər

“Azəriqaz” dövlət qurumunu niyə məhkəməyə verib?


“Azəriqaz” İstehsalat Birliyi Binəqədi Rayon İcra Hakimiyyətinin qazdan istifadəyə görə 21 min manatlıq borcu yarandığını bildirib. Bu barədə İH də məlumatlandırılıb və qəbz təqdim olunub, borcun ödənilməsi tələb olunub. Binəqədi RİH isə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “Azəriqaz” İB-yə qarşı iddia qaldırıb. İddia ərizəsində qeyd olunub ki, təbii qazdan istifadəyə görə hesablanmış 20 976 manat borc öhdəliyinə xitam verməklə iddia müddəti ötmüş borc kimi silinsin. Hakim Əfqan Ələkbərov işi icraata götürmədən imtina edib. Çünki Binəqədi RİH iddia ərizəsinin surətinin “Azəriqaz”a verilməsi barədə sübutu məhkəməyə təqdim etməyib. Qərarda qeyd olunub ki, bu sənəd materiallara əlavə edildikdən sonra yenidən məhkəməyə müraciət oluna bilər.(qafqazinfo.az)



“Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev Modern.az-a bildirib ki, müxtəlif dövlət qurumları arasında aparılan əməliyyatlar zamanı müəyyən borcların yaranması labüddür:

“Bəzən borcların ödənilməsində gecikmələr baş verir ki, belə hallar da qanunvericiliyə əsasən məhkəmə yolu ilə tənzimlənir”.



"Azəriqaz" rəsmisi qeyd edib ki, bir çox hallarda nəzərdə tutulan köçürmələr hələ məhkəmə iclasından əvvəl icra olunduğu üçün qaldırılan iddialar geri götürülür.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024