Mobil versiya
Musa Quliyev: Azərbaycanda 2020-ci ildə tam icbari sığortaya keçmək üçün hər cür şərait yaradılıb
Tarix: 27-05-2019 | Saat: 10:02
Bölmə:Siyasət | çapa göndər

Musa Quliyev:


Azərbaycanda bütün sahələrdə olduğu kimi icbari tibbi sığorta da dünya standartlarına uyğun qurulacaq. Məqsəd səhiyyə sisteminin maliyyələşməsini dayanıqlı iqtisadi əsaslarla qurmaq, əhalinin sağlamlığını qorumaqdan ibarətdir. Bu, həm də səhiyyə sahəsinə ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsinə və əhalinin tibbi xidmətdən istifadə imkanlarının artırılmasına şərait yaradır.

Millət vəkili Musa Quliyev "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində Trend-ə bildirib ki, icbari tibbi sığorta Prezident İlham Əliyevin həyata keçirdiyi ən uğurlu sosial layihələrdən biridir: “Artıq 3 ildir ki icbari tibbi sığorta pilot layihə kimi icra edilir. Mingəçevir, Yevlax və Ağdaşda həyata keçirilən pilot layihə sübut edir ki, Azərbaycanda 2020-ci ildə bütün ölkə ərazisini əhatə edəcək tam icbari sığortaya keçmək üçün hər cür şərait yaradılıb".

Deputat qeyd edib ki, pilot layihənin icrası ilə bağlı rayonlarda demək olar ki, heç bir şikayət yoxdur. İstər tibb personalı, istərsə də əhali tərəfindən məmnunluq indeksi 100 faizə yaxındır".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2024