Mobil versiya
Baş həkimdən “Ağstafada 4 yeniyetmə hamilə qalıb” xəbərinə REAKSİYA
Tarix: 24-05-2019 | Saat: 11:18
Bölmə:Karusel / Qərbi Azərbaycan | çapa göndər

Baş həkimdən “Ağstafada 4 yeniyetmə hamilə qalıb” xəbərinə


4 nəfər 15 yaşlı hamilənin Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsi xəbəri ilə bağlı açıqlama verilib.

Ağstafa Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Fatma Vəliyeva Modern.az-a yayılan məlumatı təkzib edib:

“Mən baş həkim kimi sizi tam əmin edirəm ki, bizə belə bir müraciət daxil olmayıb. Bu məlumatı kim, hansı əsasla yazıb, anlaşılmır. Mən bu gün səhər saat 8-dən xəstəxananı “abxod” eləmişəm, nə mayın 23-də, nə mayın 24-də belə hal qeydə alınmayıb”.



Baş həkim qeyd edib ki, ümumiyyətlə xəstəxanada ginekologiya şöbəsi yoxdur:

“Şöbə olmadığı üçün şəxsin hamiləliyin təyin olunması da aparılmır. Bizdə doğuş şöbəsi var, ora da normal doğuşa gələnlər qəbul edilir. 15 yaşlını isə biz doğuşa götürə bilmərik, bu, mümkün deyil. Həm də mümkün deyil ki, 4 nəfər 15 yaşlının hamısı eyni gündə bizə müraciət etsin. Bizdə yalnız normal-9 aylıq doğuşlar aparılır. Onlar da öz qeydiyyatımızda olan vətəndaşlardır. Birmənalı şəkildə belə hal olmayıb”.



"Qafqazinfo"nun yaydığı məlumata görə, mayın 23-də bir gün ərzində rayon sakinləri olan 4 qız Ağstafa Rayon Mərkəzi Xəstəxanasına daxil olub. 15 yaşlarında olan qızların hər birinin hamilə olduğu müəyyən edildiyi bildirilir.

Qeyd olunub ki, hazırda qızlar xəstəxanada həkim nəzarəti altında saxlanılır, rayon polis və prokurorluq orqanları tərəfindən araşdırma aparılır.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024