Deputat: "Amnesty İnternational" həmişə olduğu kimi bu dəfə də heç nəyə nail ola bilməyəcək
Tarix: 23-05-2019 | Saat: 16:33
Bölmə:Siyasət | çapa göndər
Azərbaycanda mühüm beynəlxalq tədbirlər keçiriləndə həmişə bəzi təşkilatlar hay-küy salaraq buna qarşı çıxmağa çalışırlar.
Bunu Trend-ə Yeni Azərbaycan Partiyasından olan millət vəkili Tahir Rzayev deyib.
Deputat bildirib ki, UEFA Avropa Liqasının final oyunu Azərbaycanda keçirilirsə, deməli bütün dünya buna baxacaq: "Yarışa tamaşa etmək üçün Azərbaycana 40 mindən artıq xarici qonaq gələcək. Bu final oyunu Azərbaycanın imici üçün olduqca vacibdir”.
T.Rzayev vurğulayıb ki, Azərbaycanın bu uğurunu gözü götürməyən "Amnesty İnternational" kimi korrupsiyaya bulaşmış, təzyiq alətinə çevrilmiş bəzi təşkilatlar həmişə mühüm beynəlxalq tədbirlər ərəfəsində ölkəmizə qarşı çirkin kampaniya aparırlar: “Avroviziya” mahnı müsabiqəsi, Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları ərəfəsində də biz bunu görmüşük. İndi də həmin qüvvələr çirkin fəaliyyətə başlayıb. Məqsədləri isə müstəqil siyasət aparan, inkişaf edən Azərbaycana təzyiq göstərməkdir. Lakin həmişə olduğu kimi bu dəfə də heç nəyə nail ola bilməyəcəklər".
Deputatın sözlərinə görə, bu cür çirkin kampaniya aparan təşkilatlara, çox təəssüflər olsun ki, ölkə daxilində olan bəzi anti-milli qüvvələr də dəstək verirlər: "Bəzi qüvvələr UEFA Avropa Liqasının final oyunu ərəfəsində mitinq keçirməyə cəhd göstərir. 28 May - Respublika günü, eləcə də mötəbər idman yarışının keçirildiyi bir vaxtda, mitinq keçirməyə cəhd göstərmək ancaq düşmən, xəyanətkar qüvvələrin işidir. Yarışın yüksək təhlükəsizlik şəraitində baş tutması üçün bütün tədbirlər görülüb. Əvvəlki yarışların keçirilməsi də sübut edib ki, Azərbaycanda beynəlxalq yarışların keçirilməsi üçün hər cür şərait var və insanların təhlükəsizliyi təmin olunur”
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2024
16-11-2024