Azərbaycanlı deputat Paşinyanı küçə uşağı adlandırdı
Tarix: 21-05-2019 | Saat: 15:25
Bölmə:Siyasət | çapa göndər
"Son günlər Ermənistanda maraqlı hadisələr cərəyan edir. Məhz Nikol Paşinyanın tələbi, əslində istəyi ilə tutulan Robert Koçaryan azadlığa buraxılıb və bu baş nazirin xoşuna gəlməyib. Yenidən xalqa çağırışlar edərək, xalqı küçələrə səsləyib və məhkəmə hüquq sisteminin işləmədiyi fikrini ifadə edib".
Bu barədə Modern.az-a deputat Sona Əliyeva söyləyib. Onun sözlərinə görə, N.Paşinyan ona, hökumətə və xalq hakimiyyətinə oyuncaq məhkəmənin lazım olmadığını bəyan edib:
"Əlbəttə ki, Koçaryana Rusiya dəstəyi birmənalı ifadə olunur, azadlıqda olan Koçaryan isə onun hakimiyyətinə bilavasitə təhdiddir. Bunlar hamısı faktdır. Ziddiyyət təşkil edən isə odur ki, ölkədə daxili siyasi prosesləri tənzimləyə bilməyən, tarazlıq yaratmağı bacarmayan, ölkənin məhkəmə, hüquq-mühafizə sistemini, ordu sıralarını şəffaflaşdıra bilməyən və hakimiyyətə gəldikdən sonra yenədə tərəfdar toplaya bilməyən, özünü şıltaq, yeniyətmə küçə uşağı kimi aparan baş nazir, demokratiya, ədalət, şəffaflıq kimi sivil dəyərlər vəd edərək, yenidən xalqı küçələrə səsləyir. Sual olunur, nə üçün? Əlbəttə, öz hakimiyyətini qorumaq üçün… Koçaryanın ölkədə nüfuz sahibi olduğu heç kəsə sirr deyil, dövlətdə, ordu sıralarında əhəmiyyətli dəstəyi var, “Qarabağ klanı” da daxil olmaqla… Təəssüf ki, xalqının deyil, öz hakimiyyətinin düşkünü olan N.Paşinyan erməniləri vətəndaş qarşıdurmasına sürükləyir, lakin bu keçən dəfəki kimi sülh yolu hakimiyyət çevrilişinə oxşar proses olmayacaq. Çünki Koçaryan təcrübəli siyasətçi olmaqla yanaşı, əlləri erməni və Azərbaycan xalqının qanına bulaşmış mərhəmətsiz cinayətkardır, mərhəmət hissindən məhrumdur”.
S.Əliyeva qeyd edib ki, verdiyi vədləri tutmayan, son bir ildə xalqın sosial rifahı üçün əhəmiyyətli işlər görə bilməyən artıq xalqı sözlə yemləməyin mümkünsüzlüyünü anlamır.
“Onlara real iş, keyfiyyətli həyat, stabillik, sivil və humanist prinsiplərə dayanan dövlət lazımdır. Hər halda, bu oyunun sonu nə olacaqsa, birlikdə şahid olacağıq, amma bütün bu proseslər Ermənistana yaxşı heç nə vəd etmir".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2024
16-11-2024