Mobil versiya
Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdədir
Tarix: 21-05-2019, 10:26 | Saat: 15:47:00
Bölmə:Manşet / Siyasət | çapa göndər

Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdədir


Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb:

Təbrikdə deyilir: "Zati-aliləri. Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının Hökumətinə və xalqına daha böyük inkişaf və rifah arzu edirəm".

XXX

İraqın Baş naziri Adil Abd Əl-Mehdidən:

"Zati-aliləri. Dost Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi İraq Respublikasının Hökuməti və xalqı adından və şəxsən öz adımdan təbrik edirəm. Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin dərinləşməsinə olan inamımızı bildirir, Sizə davamlı müvəffəqiyyətlər və işlərinizdə uğurlar arzulayıram.

Xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin".

XXX

Avstraliya İttifaqının General-Qubernatoru Piter Kosqrovdan:

"Hörmətli cənab Prezident. Respublika Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına şəxsən öz adımdan, həmçinin Avstraliya Hökuməti və xalqı adından ən xoş arzularımı çatdırıram.

Şadam ki, bu il xalqlarımız arasında əlaqələr genişlənib və ölkələrimizin ticarət imkanları barədə məlumat mübadilələrimiz daha da artıb. Parlamentlərimiz arasındakı ikitərəfli mükəmməl əlaqələr demokratiya ilə bağlı bizim birgə öhdəliyimizin təzahürüdür. Avstraliya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir.

Əminəm ki, ölkələrimiz arasında mövcud dostluq münasibətləri növbəti ildə də uğurla inkişaf edəcəkdir".

XXX

Hindistan Respublikasının Prezidenti Ram Nat Kovind Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb:

"Zati-aliləri. Respublika Günü münasibətilə Sizə, Azərbaycan dövlətinə və xalqına Hindistan Hökuməti və xalqı adından və şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırıram.

Hindistan ilə Azərbaycan arasında tarixi əlaqələrə və müxtəlif sahələrdə əməkdaşlığa əsaslanan dostluq münasibətlərinin davamlı olaraq inkişaf etdiyini vurğulamaqdan məmnunluq duyuram. Əminəm ki, ikitərəfli əlaqələrimiz gələcək illərdə daha da möhkəmlənəcək və müxtəlif sahələrə yönələcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzulayıram.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XXX

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Zati-aliləri. 28 May – Respublika Günü münasibətilə Sizə və Sizin şəxsinizdə qardaş Azərbaycan xalqına Əfqanıstan xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Mart ayında Sizinlə Qlobal Bakı Forumu çərçivəsində görüşməkdən, Azərbaycan Respublikası ilə Əfqanıstan İslam Respublikası arasında münasibətlərin müxtəlif sahələrinə dair müzakirələr aparmaq imkanı əldə etməkdən çox məmnun oldum. Bu gün əlaqələrimizin daha da inkişaf etməsini görməkdən də çox məmnunam.

Ölkələrimiz arasındakı dostluq əlaqələrinin və əməkdaşlığın genişlənməsi arzumu ifadə etməklə yanaşı, inanıram ki, Azərbaycan Respublikası Sizin müdrik rəhbərliyinizlə daha böyük inkişafa nail olacaqdır.

Zati-aliləri, Sizə cansağlığı, müvəffəqiyyət, dost Azərbaycan xalqına isə səadət və tərəqqi arzulayıram".

XXX

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Zati-aliləri möhtərəm Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi və ölkənizin qardaş xalqını ürəkdən təbrik etmək, Sizə ən xoş və səmimi arzularımı bildirmək mənə böyük məmnuniyyət bəxş edir.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycanın sosial-siyasi həyatında reallaşdırılan əsaslı islahatları, ölkənizin iqtisadi potensialının və nüfuzunun artırılması işində qazanılan sanballı uğurları məmnuniyyətlə müşahidə edirik.

Əminəm ki, bizim birgə səylərimiz sayəsində Özbəkistan ilə Azərbaycan arasında strateji tərəfdaşlıq, ənənəvi dostluq və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq əlaqələri bundan sonra da xalqlarımızın rifahı naminə inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə uzun ömür, möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, firavanlıq və davamlı inkişaf arzu edirəm".

XXX

İsveçin Kralı XVI Karl Qustav Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb:

"Möhtərəm cənab Prezident.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən xoş təbriklərimi çatdırıram.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm".

XXX

Koreya Respublikasının Prezidenti Mun Ce-in Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Zati-aliləri.

28 May - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Ölkələrimiz uzun illər boyu müxtəlif sahələrdə əməkdaşlıq edərək dostluq münasibətlərini davamlı olaraq inkişaf etdirmişlər. Ümidvaram ki, ölkələrimiz arasında qarşılıqlı faydalı və gələcəyə yönəlmiş sıx əməkdaşlıq münasibətlərini daha da dərinləşdirəcək və gücləndirəcəyik. Əminəm ki, bu proses xalqlarımız arasında mövcud dostluğun daha da dərinləşməsinə böyük töhfə verəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və gələcək fəaliyyətinizdə uğurlar, Azərbaycan Respublikasına isə davamlı rifah arzu edirəm".



aia.az



544 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-06-2019
14-06-2019
«    Июнь 2019    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930