Mobil versiya
Türk Şurasının 7-ci sammiti oktyabrda Azərbaycanda keçiriləcək
Tarix: 21-05-2019 | Saat: 10:16
Bölmə:Manşet / Siyasət | çapa göndər

Türk Şurasının 7-ci sammiti oktyabrda Azərbaycanda keçiriləcək


Azərbaycan bu ilin oktyabrında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) 7-ci sammitinə ev sahibliyi edəcək.

ONA-nın “Kapsamhaber”ə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının baş katibi Bağdad Amrayevlə görüşdə deyib. O, Özbəkistanı da bu zirvədə üzv kimi görmək istədiklərini dilə gətirib.

R.T.Ərdoğan deyib ki, Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedov görüşə fəxri qonaq qismində dəvət olunacaq. Türkiyə prezidenti həmçinin Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin Türk Şurasının fəxri sədri təyin edilməsini təklif etdiyini bildirib. Onun sözlərinə görə, təklif bütün üzv ölkələr tərəfindən dəstəklənib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2024