Mobil versiya
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ İLK HİBRİD MÜDAXİLƏ İCRA OLUNDU - FOTOLAR
Tarix: 20-05-2019 | Saat: 16:18
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ İLK HİBRİD MÜDAXİLƏ İCRA OLUNDU




Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında ilk dəfə olaraq, xəstəyə hibrid müdaxilə həyata keçirilib. Eyni vaxtda həm invaziv müdaxilə, həm də cərrahiyyə əməliyyatı icra olunub.

ATU Tədris Terapevtik Klinikasının uşaq kardioloqu Elnur İmanovun sözlərinə görə, 3 aylıq körpəyə müayinə nəticəsində ağciyər arteriyasının stenozu diaqnozu qoyulub. Həmçinin, aparılan doppler müayinələrdə hər iki aşağı ətrafda - bud arteriya və venalarının inkişaf anomaliyası aşkarlanıb. Müdaxilə ATU-nun Tədris Cərrahiyyə Klinikasının kardio-cərrahı dr.Ramal Həsənovla birgə aparılıb. Dr. R.Həsənov tərəfindən qasıq bağından yuxarıda qasıq bağına paralel kəsik aparılaraq xarici qalça venası müdaxilə üçün hazırlanıb. Kardioloq Elnur İmanov invaziv mudaxilə nəticəsində xəstədə mövcud olan ağciyər arteriyasının stenozunu “Pulmonar Balon Valvuloplastikası” vasitəsilə aradan qaldırıb. Eyni zamanda, doktor Ramal Həsənov tərəfindən xarici qalça venasının rekonstruksiyası əməliyyatını həyata keçirilib.

Unikal əməliyyat “Mən artıq ürək qüsurlu deyiləm” şüarı ilə fəaliyyət göstərən ATU-nun Tədris Terapevtik Klinikasının Ürək mərkəzində aparılıb. Hər iki müdaxilə uğurla nəticələnib. Xəstə əməliyyatdan sonra 2-ci gün yaxşılaşma ilə evə yazılıb.

aia.az








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə