Nazirliyin qarşısında paltarını sataraq etiraz edən şəxsə cavab: Şantaja əl atıb
Tarix: 20-05-2019 | Saat: 12:08
Bölmə:Manşet / Qərbi Azərbaycan | çapa göndər
Ötən gün Teymur Kərimov Səhiyyə Nazirliyinin qarşısında tək başına etiraz aksiyası keçirib. Anasının onkoloji xəstəlikdən əziyyət çəkən T.Kərimoviddia edir ki, yaşlı qadının müalicəsi, qanla təmin olunması üçün həkimlər külli miqdarda pul tələb edib. O isə maddi imkanı kifayət etmədiyi üçün nazirliyin binası önündə paltarlarını soyunaraq, onları satışa çıxarıb.
Səhiyyə Nazirliyi T.Kərimovun ittihamlarına rəsmi münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, sözügedən şəxs iki ay əvvəl anasının müalicəsi ilə əlaqədar Səhiyyə Nazirliyinin Qəbul şöbəsinə müraciət edib və şöbə müdiri tərəfindən qəbul edilib.
"Onun anasına dövlət hesabına mümkün olan müalicə kursları yazılıb.
Belə ki, xəstə, 1963-ci il təvəllüdlü Fiqurə Kərimova, 2019-cuilin fevral ayından ET Hematologiya və Transfuziologiya institutunda çoxsaylı mielom, 3-cü B mərhələsi, xroniki böyrək çatışmazlığı diaqnozu ilə dispanser qeydiyyatına alınıb. Diaqnoz laborator - qanın ümumi müayinəsi, biokimyəvi müayinələr, immunoloji testlər, sümük iliyinin müayinəsi, instrumental və klinik müayinələr əsasında qoyulub.
Xəstəyə protokol üzrə VCD (velkeyd, sikofosfan, deksametazon) kursu aparılıb, bununla yanaşı, xəstəyə bifosfonatlar, eritropoetin, eritrosit və trombosit kütləsi transfuziyaları aparılıb. Hazırda xəstə ambulator müalicədədir.
Protokol üzrə xəstəyə dördkurs ambulator müalicə aparılıb. Xəstə xroniki böyrək çatışmazlığı ilə əlaqədar dializ müalicəsi alır.
Edilən müalicəyə baxmayaraq, xəstənin oğlu Teymur Kərimov nazirliyin mətbuat xidmətinə zəng edərək, xidmət əməkdaşlarından biri ilə telefon danışığını yazmasını və həmin yazını sosial şəbəkələrdə yayacağı ilə şantaj edib.
Şənbə günü isə nazirliyin qarşısında səs-küy salaraq anasına edilən müalicələrin pullu olmasını iddia edib. Bu adamın nazirliyə qarşı irəli sürdüyü ittihamlar tam əsassızdır və həqiqətə uyğun deyil. Xəstəyə aparılan müalicə kursları müasir protokollara uyğun olaraq aparılır.
Protokola daxil olan preparatlar innavasion dərman preparatlarıdır (hədəf terapiyası).İnstitut bu preparatlarla Onkohematoloji xəstələrə yardım Dövlət proqramının həyata keçirilməsi ilə tam təmin olunur.
Onu da qeyd edək ki, Teymur Kərimovun anası və digər ailə üzvləri müayinə və müalicələrlə bağlı heç bir narazılıq bildirməyib. Hematologiya İnstitutundan mətbuat xidmətinə bildiriblər ki, Fiqurə Kərimovanın müalicə kursları protokollara uyğun olaraq davam edir”.(oxu.az)
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024
10:34 Dünya Bakıda toplaşıb !
13-11-2024