Mobil versiya
Əbülfəs Qarayev: “Mədəniyyət sahəsində təltif edilənlərin sayı daha çoxdur”
Tarix: 16-05-2019 | Saat: 15:30
Bölmə:Gündəm | çapa göndər

Əbülfəs Qarayev:


Mayın 16-da Mədəniyyət Nazirliyində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim olundu.



Modern.az xəbər verir ki, mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət, incəsənət və elm sahəsinə göstərilən dövlət qayğısından danışdı. Vurğuladı ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində mədəniyyət və incəsənət xadimlərinə böyük diqqət və qayğı göstərib. Ümummilli liderin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir:

“Dövlət başçısı hər zaman müxtəlif sahələrdə çalışan insanların əməyini yüksək qiymətləndirərək onları mükafatlandırıb. Ölkə həyatının digər sahələrindən fərqli olaraq, mədəniyyət sahəsində təltif edilənlərin sayı daha çoxdur. Bu da özlüyündə mədəniyyət xadimlərinin uğurlu fəaliyyətindən xəbər verir”.



Mədəniyyətimizin dünyada tanıdılması və təbliği istiqamətində görülən işlərdən söz açan nazir Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın bu sahədə müstəsna xidmətlərini xüsusi vurğuladı.



Əbülfəs Qarayev daha sonra dedi:

“Sevindirici haldır ki, bu gün iki ayrı sahənin əməkdaşlarına mükafatlar təqdim edirik. Xalq artisti Hacı İsmayılov Azərbaycanın sevilən aktyorlarından biridir. Onun teatrda, kinoda yaratdığı obrazlar öz unikallığı ilə fərqlənir. Rollarının hər birinin məxsusi xarakteri var. Əməkdar artist Yadigar Muradov uzun illərdir Şuşa Dövlət Musiqili Dram Teatrına rəhbərlik edir və kollektiv maraqlı tamaşalar hazırlayır. Ötən ilin sonlarında teatrın binası yenidən qurularaq kollektivin istifadəsində verildi. İnanırıq ki, çox da uzaq olmayan bir vaxtda bu teatr öz doğma məkanında – Şuşada öz fəaliyyətini davam etdirəcək. “Nə? Harada? Nə zaman?” Televiziya Klubu Komandasının üzvləri Balakişi Qasımov və Elman Talıbov Azərbaycan gəncliyini beynəlxalq intellektual oyunlarda layiqincə təmsil edirlər”.

Sonra ölkə başçısının müvafiq sərəncamları ilə “Şöhrət” ordeni ilə təltif olunan Xalq artisti Hacı İsmayılov və “Tərəqqi” medalına layiq görülmüş Əməkdar artist Yadigar Muradov, Balakişi Qasımov, Elman Talıbova mükafatların vəsiqə və nişanları təqdim edildi. Nazir bütün təltif olunanlara cansağlığı, yeni uğurlar arzuladı.

Sonda mükafata layiq görülənlər çıxış edərək fəaliyyətlərinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirdilər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024