Akif Çovdarovun məhkəməsinin vaxtı bilindi
Tarix: 15-05-2019 | Saat: 16:28
Bölmə:Karusel / Gündəm | çapa göndər
MTN generalı Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov və digərləri kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilinib.
Bakupost.az-ın məlumatına görə, adıçəkilən şəxslərin kassasiya şikayəti mayın 30-na təyin edilib. İşə Ali Məhkəmənin hakimi Əziz Seyidov baxacaq.
Qeyd edək ki, A.Çovdarov və digərləri 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il və Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyon manatlıq əmlaklarının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib. Hökmdən narazı qalan məhkumlar və zərərçəkmiş şəxslərin bir qismi apelyasiya şikayəti verib. Bundan başqa, A.Çovdarovun ailə üzvləri - oğlu Ruslan Çovdarov, həyat yoldaşı İbadət Çovdarova, qızları - Günay Əmircanova və Aidə Qadımova da apelyasiya şikayəti ilə məhkəməyə müraciət ediblər. Bakı Apellyasiya Məhkəməsi A.Çovdarov və digərlərinin apelyasiya şikayətini təmin etməyib. A.Əliyev cəza müddət başa çatdığı üçün bir müddət əvvəl azadlığa buraxılıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-01-2025