Mobil versiya
Hacıbala Abutalıbovun bağlatdırdığı kafe gecə klubu kimi fəaliyyətə başladı
Tarix: 14-05-2019 | Saat: 18:23
Bölmə:Karusel / Media | çapa göndər

Hacıbala Abutalıbovun bağlatdırdığı kafe gecə klubu kimi fəaliyyətə başladı


Azərbaycan Yazıçılar Birliyinin binasında yerləşən keçmiş “26” - “Twenty six” adlı kafe başqa adla gecə klubu kimi fəaliyyətə başlayıb.



Modern.az xəbər verir ki, yeni açılan gecə klubu “Hot Room Club” adı ilə fəaliyyət göstərir. Gecə klubu axşam saat 22:00-dan səhər tezdən 06:00-a qədər işləyir.



Xatırladaq ki, ötən ilin sentyabr ayında Bakının Səbail rayonu ərazisində, “Sahil bağı” yaxınlığında, Xaqani küçəsində yerləşən Azərbaycan Yazıçılar Birliyinin nəzdində olan və icarəyə verilmiş “26” - “Twenty six” kafesi qalmaqallı şəkildə bağlanmışdı.

Obyektin bağlanmasına səbəb kimi onun “26 - Bakı komissarı”nın adını daşıması göstərilmişdi. Bakı şəhərinin sabiq meri Hacıbala Abutalıbov, Səbail Rayon İcra Hakimiyyətinin sabiq başçısı Eldar Əzizov və polis əməkdaşlarının iştirakı ilə kafenin adı sökülmüş, icarəyə götürən şəxs isə saxlanılmışdı.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024