Mobil versiya
Azərbaycanda ər evdən qaçan arvadını iş yerində öldürdü- DƏHŞƏT
Tarix: 14-05-2019 | Saat: 11:43
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Azərbaycanda ər evdən qaçan arvadını iş yerində öldürdü-


Sumqayıt şəhərində əri tərəfindən bıçaqlanan qadın xəstəxanada vəfat edib.

aia.az publika.az-a istinadən xəbər verir ki, mayın 3-də şəhərin Nəriman Nərimanov küçəsində yerləşən mərkəzi bazarda 1972-ci il təvüllüdlü Əmənova Gülnaz Saməddin qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb. Kişi daha sonra bıçaqla özünə də xəsarətlər yetirib. Onların ikisi də xəstəxanaya yerləşdiriliblər.

Lakin G.Əmənova ötən gecə vəfat edib.

Qeyd edək ki, hadisədən əvvəl əri ilə dalaşan qadın acıq edərək atası evinə gedib. Bundan sonra həyat yoldaşı onun ticarət mərkəzində işlədiyi eynək dükanına gəlib. O, evdən getmiş xanımını bıçaqlayıb.

Artıq hadisəni törədən şəxs tutulub.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi açılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024