Mobil versiya
Bu gün “Avroviziya-2019”un ilk YARIMFİNALIDIR
Tarix: 14-05-2019 | Saat: 09:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bu gün “Avroviziya-2019”un ilk


Bu gün İsrailin paytaxtı Təl-Əvivdə “Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsi başlayacaq.


Modern.az xəbər verir ki, yarımfinallar Təl-Əvivdəki Sərgi mərkəzində mayın 14-ü və 16-da keçiriləcək. Müsabiqənin finalı da burada, mayın 18-də olacaq.


Qeyd edək ki, ölkəmizi müğənni Çingiz Mustafayev təmsil edir. Çingiz Mustafayev ikinci yarımfinalda “Truth” (“Həqiqət”) mahnısı ilə 18-ci nömrə altında çıxış edəcək. Bu turda ölkəmizlə birgə, Rusiya, Albaniya, Litva, Makedoniya, Malta, Niderland, Norveç, Xorvatiya, Avstriya, Ermənistan, Danimarka, İrlandiya, Moldova, Rumıniya və İsveçrədən olan ifaçılar da çıxış edəcəklər.

Müsabiqənin ölkəmiz üzrə şərhçisi, müğənni Murad Arifdir. İctimai Televiziya ilə yayımlanacaq “Eurovision-2019” mahnı müsabiqəsində ölkəmizdən olan səsverməni Xalq artisti Faiq Ağayev elan edəcək. Faiq Ağayev yarışmanın qaydalarına əsasən, final gecəsi iştirakçıların taleyini həll edəcək balları İctimai Televiziyanın canlı efirində səsləndirəcək. Verilən xallar müsabiqə iştirakçılarının aktivinə əlavə ediləcək.


Qeyd edək ki, 1956-cı ildən Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilən beynəlxalq mahnı müsabiqəsi dünyanın ən uzunömürlü musiqi yarışması kimi “Ginnes”in Rekordlar kitabına düşüb. Azərbaycan bu müsabiqədə 2006-cı ildən iştirak edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5353 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-11-2020
26-11-2020