Elmar Məmmədyarov Şərq Tərəfdaşlığı görüşündə erməni işğalından bəhs etdi - MƏTN
Tarix: 13-05-2019 | Saat: 17:34
Bölmə:Manşet / Siyasət | çapa göndər
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov mayın 13-də
Şərq Tərəfdaşlığı Xarici İşlər nazirlərinin Brüssel keçirilən görüşündə çıxış edib.
Modern.az saytı Elmar Məmmədyarov çıxışını təqdim edir:
Hörmətli xanım Mogerini,
Komissar Han,
Dəyərli həmkarlar,
Şərq Tərəfdaşlığının 10-cu ildönümünü qeyd etmək üçün bugünkü görüşün təşkilinə görə Avropa Xarici Fəaliyyət Xidmətindən və Avropa Komissiyasından olan həmkarlarımıza minnətdarlığımı bildirmək istərdim.
Bildirmək istərdim ki, Avropa İttifaqı ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.
Aİ xarici ticarət dövriyyəmizdə təxminən 42 faizlik paya malik olmaqla, Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Həmçinin, Aİ Azərbaycanda ən böyük investordur. Fəxrlə bildirirəm ki, ənənəvi birgə Aİ-Azərbaycan Biznes Forumu Aİ-nin müxtəlif sənaye və xidmət sektorundan çoxlu nümayəndələr cəlb edir. Növbəti biznes forum da 13 iyun 2019-cu il tarixində Bakıda keçiriləcəkdir. İnanıram ki, bəzi və hətta ola bilsin ki çoxlu sayda Aİ ölkələrindən olan şirkətlər Avropanın sənaye və biznes məqsədlərini Azərbaycan ilə birgə təmsil edəcəklər.
Biz Aİ ilə yeni ikitərəfli müqavilə ilə bağlı keyfiyyətə yönümlü danışıqlar vasitəsilə ikitərəfli münasibətlərdə uğur əldə etməkdə maraqlıyıq. Mən davam edən danışıqların müsbət ruhunu yüksək qiymətləndirirəm. Biz bir-birimizdən və bir-birimiz haqda çox şey öyrənirik. Bu, özlüyündə çox məhsuldar işdir.
Bir neçə ilə sektoral əməkdaşlığımızın əsası kimi çıxış edəcək Tərəfdaşlıq Prioritetləri sənədinin imzalanması ilə yanaşı, biz keçən il Aİ ilə bir sıra məsələləri müzakirə etdiyimiz iki yeni sektoral format – təhlükəsizlik və nəqliyyat dialoqlarına başlamışıq və bu bizə bir-birimizi daha yaxşı anlamağa kömək edir.
Hörmətli həmkarlar,
2017-ci il tarixində Brusseldə keçirilmiş sonuncu Şərq Tərəfdaşlığı (ŞT) sammiti təklif etdi ki, ŞT çərçivəsində əməkdaşlıq regiondakı müxtəlif təhdidlərin real mülahizələrinə əsaslanmalıdır. Diqqət Aİ ilə siyasi və ticarət əməkdaşlığının müxtəlif dərəcələrinə malik ölkələr üçün faydalara və potensial əlavə dəyərlərə yönəldilməlidir. Sonuncu sammit konkret məqsədlərə nail olmağı özündə əks etdirən “2020-ci il üçün 20 nəticə” adlı sənədi dəstəklədi. İnanırıq ki, tətbiq edildikdən sonra bu nəticələr regionumuza daha böyük dərəcədə davamlılıq, rifah, inkişaf və bağlılıq gətirmək imkanında olacaqlar. Lakin “2020-ci il üçün 20 nəticə” üzrə danışıqlar bərabər tərəfdaşlar arasındakı kimi baş tutmalıdır. Bu prosesin müvəffəqiyyəti nəzərəçarpacaq nəticələrdən asılı olacaq. Həmin məqsədlərdən bəziləri Azərbaycanın əsas sektorları üzrə strateji yol xəritələrinə uyğun gəlir.
Azərbaycanda dayanıqlı iqtisadi inkişafı və sosial-iqtisadi artımı təmin etmək məqsədilə institutisional və struktur islahatları davam etdirilir. Aparılmış islahatlar və təkmilləşdirilmiş biznes mühitinin nəticəsi olaraq, Azərbaycan Dünya Bankı tərəfindən dərc edilmiş sonuncu “Doing Business Report”a uyğun olaraq dünyada 25-ci yerdə qərarlaşmışdır. Həmçinin Davos Dünya İqtisadi Forumunun qiymətləndirmələrinə uyğun olaraq, artımın keyfiyyətinə görə 34-cü yeri tutur.
Azərbaycan Hökuməti vətəndaşlarının bütün insan hüquq və fundamental azadlıqlarından tam yararlanmasını təmin etmək üçün genişmiqyaslı proqramlar həyata keçirməkdə davam edir. Bu xüsusda, 2019-2023-cü illərdə ədliyyə sisteminin təkmilləşdirilməsinə dair əlavə qanunvericilik və struktur tədbirlərini nəzərdə tutan ədliyyənin inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramını qeyd etmək lazımdır.
İndi isə ticarət və bağlılıq mövzusuna keçərək, bir neçə vacib məsələ üzərində dayanmaq istərdim.
Öz coğrafiyası və strategiyasına görə Asiya ilə Avropa arasında təbii körpü olan Azərbaycan həmişə regional və trans-regional bağlılıq təşəbbüslərinin fəal iştirakçısı və onların gerçəkləşdirilməsinə töhfə verən başlıca oyunçulardan olmuşdur. Bu səbəbdən, Azərbaycan üçün uzlaşma imkanları həm Aİ ilə ikitərəfli gündəlikdə, həm də ŞT çərçivəsindəki çoxtərəfli müstəvidə mühüm yer tutmaqdadır. Nəqliyyat sahəsində Trans-Avropa Şəbəkəsinin indikativ xəritələrinin Azərbaycana və sonra Asiyaya qədər genişləndirilməsi regional ticarət dəhlizlərinin birlikdə təşviq edilməsi üçün möhkəm zəmin yarada bilər. Əslində, liman və dəmir yolları administrasiyaları, habelə Gürcüstan, Ukrayna, Polşa, Rumıniya, Avstriya, Almaniyadan olan bəzi özəl logistika şirkətləri artıq Azərbaycanla birlikdə bu regional ticarət dəhlizlərində təmsil olunublar. Bu siyahı artmaqda davam edir. Avropada bir çoxları bu strateji ticarət sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar. Azərbaycan təqdim etdiyi fürsətləri və infrastrukturu qonşularla, eləcə də Asiya və Avropa ölkələri ilə bölüşür. Burada Şərq-Qərb, Şimal-Cənub və müəyyən sinergiya effekti də mümkündür, xüsusilə əgər biz Aİ-nin bəzi Asiya ölkələri ilə müxtəlif əməkdaşlıq strategiyalarını nəzərə alsaq. Açıq dənizə çıxışı olmayan ölkə olaraq, Azərbaycan öz quru sərhədlərindən kənara çıxıb geniş bölgə ərazisində daha böyük ticarət dinamikasının yaradılmasına çalışır. Beləliklə, yalnız bəzi misalları çəkərək deyə bilərəm ki, biz Niderland, Belçika, İtaliya, Rumınıyadan olan limanlarla etibarlı tərəfdaşlıq qurduq.
Enerji sahəsində biz Cənub Qaz Dəhlizinin (CQD) həyata keçirilməsi vasitəsilə starteji tərəfdaşlığımızı davam etdiririk. Bu layihə üzrə aparılan işlərin əsas hissəsi artıq yekunlaşdırılmışdır. Trans-Adriatik Boru kəməri (TAP) isə inşa olunmasının ən son mərhələsindədir. Biz həmçinin, Qaz Dəhlizimizin coğrafi baxımdan genişləndirilməsi üzərində düşünürük. Lakin daha çox öngörülə bilən şərait Aİ-yə Azərbaycandan olan daha böyük həcmdə təbii qazı cəlb edə bilər. Elə buna görə də, Dəhlizin növbəti mərhələlərdə inkişafı üçün Aİ tərəfindən öngörülə bilən qaydaların təmin edilməsi çox vacibdir. Bu fürsətdən istifadə edərək, Qaz Dəhlizinin Azərbaycan və Aİ-nin birgə uğuruna çevrilməsi məqsədilə bəzi Avropa paytaxtlarından olan həmkarlarımızı əlindən gələni əsirgəməməyə çağırmaq istərdim.
Hərəkətlilik (mobillik) və insanlararası təmasların təşviqi Aİ-Azərbaycan əməkdaşlığında çox mühüm istiqamətlərdən biridir. Hərəkətlilik sahəsində tərəfdaşlıq, habelə Readmissiya və Viza rejiminin sadələşdirilməsi sazişləri bu istiqamət üzrə irəliləyişə müstəsna töhfə vermişdirlər. Azərbaycan tərəfi bu sənədlərin tam həcmdə və səmərəli şəkildə yerinə yetirilməsinə sadiqdir. Readmissiya və Viza rejiminin sadələşdirilməsi haqqında sazişlərin uğurlu yerinə yetirilməsi yaxın gələcəkdə viza liberallaşdırılmasının perspektivlərini aça bilər.
Hörmətli həmkarlar,
Bu gün Azərbaycan demək olar ki bütün qonşuları ilə çox yaxşı, bəzilərilə isə, strateji xarakterli münasibətlərindən məmnunluq duyur. Qonşularla münasibətlər prioritetdir. Azərbaycan özünü regionda, eləcə də Aİ ilə münasibətlərində etibarlı tərəfdaş kimi doğrultmuşdur. Təəssüflər olsun ki, Aİ-nin və Azərbaycanın qonşuluğunda bəzi məsələlər hələ də, təkmilləşdirilməlidir. Bir sıra regional perspektivlər, o cümlədən bağlılıq, ticarət layihələri və bəzi digər təşəbbüslər həll olunmamış münaqişələrin girovu olaraq qalmaqdadır. Ermənistan tərəfindən davam etdirilən Azərbaycan ərazilərinin işğalı bütün bölgəmizin daha yüksək əməkdaşlıq səviyyəsinə keçməsinə maneələr törədir. Bizə bölgənin tam potensialını açdırmalıyıq. Əgər biz birlikdə ŞT vasitəsilə irəliləyiriksə, onda Aİ-nin qonşuluq siyasətinin məqsədlərinə nail olmaq üçün münaqişələrin nizamlanması və işğalın aradan qaldırılması məsələləri öz həllini tapmalıdır. Avropa Parlamenti tərəfindən 2013-cü ilin oktyabrında qəbul edilmiş qətnamədə bəyan edildiyi kimi, Aİ-nin bir tərəfdaşı digər tərəfdaşının ərazisini işğal edə bilməz. Beləliklə, burada təkcə BMT Təhlükəsizlik Şurası, BMT Nizamnaməsi və ya ATƏT sənədləri deyil – Aİ-nin qanunverici qurumu hər şeyi öz adı ilə adlandırmışdır. İnanırıq ki, ŞT-nin gələcəyi və uğuru məhz bölgədə təhlükəsizlik və sabitliyin qoruna biləcəyindən asılıdır.
Buna görə, Aİ və onun üzvləri daxil olmaqla, ŞT-də iştirak edən bütün tərəflər ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərini tam şəkildə dəstəkləməli və onlara əməl etməlidir. Bu mövqeyə bütün səviyyələrdə və bütün formatlarda qəbul olunan bütün sənədlərdə riayət olunmalı və məhz belə yanaşma əsas meyar kimi götürülməlidir.
Sonda qeyd etmək istərdim ki, Ermənistanın demokratik inkişafı bu ölkəni Azərbaycanla substantiv danışıqlar aparmağa sövq edəcəkdir və bu da öz növbəsində zorla etnik təmizləməyə məruz qalmış azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıtmasına gətirəcəkdir.
Təşəkkür edirəm!
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2024
16-11-2024