Mobil versiya
Ərdoğan sənətçilərə: “Bizə təşəkkür edib, ardınca onlara yaltaqlanacaqsan”
Tarix: 13-05-2019 | Saat: 10:10
Bölmə:Manşet / Siyasət | çapa göndər

Ərdoğan sənətçilərə:


“İstanbullular 23 iyunda seçki qutularından səsləri oğurlayanların, üstəlik də çevriliş hədəsi gələnlərin cavabını verəcək. Ana müxalifətin rəhbərliyindəki şəxsin təhdidləri bəllidir. Bununla bağlı etiraz səsi yoxdur. Seçki qutusundan qorxan siyasətçilərin olduğu tək yer ölkəmizdir”.



Modern.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Taksimdə çıxışı zamanı bildirib.



Ərdoğan qeyd edib ki, əgər bir seçki yenilənirsə, orada demokratiya var: “Milli iradə hər şeyimizdir. Sonuna qədər müdafiə edəcəyik. İnşallah, seçkilərin ən təhlükəsiz şəraitdə keçirilməsini təmin edəcəyik”.



Ərdoğan, həmçinin, bu məsələdə sənət adamlarının mövqeyinə də aydınlıq gətirib.



Türkiyə prezidenti vurğulayıb ki, sənət adamları arasında ayrı-seçkilik salınır:

“Sənətçi sənəti ilə danışar. Belə insanlara yaltaqlıq etməz. Bizə qədər film dünyası ilə bağlı qanuni tənzimləmələr yox idi, onu yaratdıq. Bundan sonra bizə təşəkkür edəcəksən, ardınca da onlara yaltaqlanacaqsan. Bunu necə izah edək?!”


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə