DİN: Bakıda qətl törədən və öldürülən şəxslər əvvəllər məhkum olunub
Tarix: 10-05-2019 | Saat: 13:12
Bölmə:Parlament | çapa göndər
Daxili İşlər Nazirliyi Bakıda törədilən qətllə bağlı məlumat yayıb.
aia.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, mayın 9-da saat 23 radələrində Binəqədi rayonunun 6-cı mikrorayon ərazisində İ.Həşimov küçəsində Şərur rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 54-cü (intizam xarakterli hərbi hissədə saxlama), 331-ci (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və 66-cı (cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi) maddələrinə görə məhkum olunmuş H.Tağıyev münaqişə zəminində Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 221-ci (xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrinə görə məhkum olunmuş E.Səfərova bıçaqla xəsarət yetirməsi və E.Səfərovun hadisə yerində ölməsi barədə 7-ci Polis Bölməsinə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
Keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən H.Tağıyev tutulub.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-01-2025
22-01-2025