Mobil versiya
Bakıda öldürülən avtoritetin yaralı dostu xəstəxanadan qaçdı
Tarix: 10-05-2019 | Saat: 12:46
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Bakıda öldürülən avtoritetin yaralı dostu xəstəxanadan qaçdı


Xəbər verdiyimiz kimi, paytaxtın Binəqədi rayonu İsrafil Həşimov küçəsində baş vermiş dava zamanı kriminal aləmdə "Emil 444" ləqəbi ilə tanınan Səfərov Emil Ehtiram oğlu qətlə yetirilib. Həmçinin 1958-ci il təvəllüdlü Yusifov Əli Məhəmməd oğlu bıçaq xəsarətləri ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Qətlə yetirilən Emil Səfərovdan başqa 2 nəfər də bıçaqlanıb. Bıçaq xəsarəti ilə Əli Yusifov 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. O, döş qəfəsinin sol tərəfindən bıçaqlanıb. Xəstəxanada onun yarasına tikiş vurulub. Həkimlərin israrına baxmayaraq o, xəstəxanada qalıb müalicə almaqdan imtina edib.

Sözügedən şəxs gecə ilə 1 saylı Kliniki Tibbi Mərkəzi tərk edib. (unikal.org)


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024