Mobil versiya
Anar Bağırov: “6 nəfər Vəkillər Kolleksiyasından xaric olunub”
Tarix: 10-05-2019 | Saat: 11:41
Bölmə:Karusel / Gündəm | çapa göndər

Anar Bağırov:


“Cənab Prezidentin “Məhkəmə hüquq sistemində islahatların dərinləşməsi haqqında” fərmanı vəkilliyə böyük təsir göstərib. Həmin fərmanla dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənilən vəsaitin paylanması, ayrılması bilavasitə Nazirlər Kabineti tərəfindən Vəkillər Kolleksiyasına verilib”.

ONA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Vəkillər Kolleksiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, bununla bağlı Vəkillər Kolleksiyası sənəd təqdim edib və Ədliyyə, Maliyyə nazirlikləri ilə birgə təkliflər paketi hazırlanıb: “Ən qısa müddətdə Nazirlər Kabineti qərar qəbul edəcək. Bununla da vəkilliyin maliyyə müstəqilliyi tam təmin ediləcək”.

A.Bağırov qeyd edib ki, keçən il ərzində vəkillərin davranışı ilə bağlı 500-dən çox şikayət Vəkillər Kolleksiyasına daxil olub: “Bu şikayətlərin 83 faizi vətəndaşlar tərəfindən olub. Keçən il 6 nəfərin Vəkillər Kolleksiyasından xaric olunması barədə qərar qəbul edilib. Onların 5 nəfəri 6 aydan çox müddətdə üzvlük haqlarını ödəməməyə görə, 1-i isə vətəndaşın şikayəti əsasında Vəkillər Kolleksiyasından xaric edilib”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5275 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-06-2020
02-06-2020
{sape_links}{sape_article}