Mobil versiya
Azərbaycanda yeni pullu yolların inşası başlayır - Video
Tarix: 07-05-2019 | Saat: 09:53
Bölmə:Manşet | çapa göndər

Azərbaycanda yeni pullu yolların inşası başlayır


Ölkəmizdə istər yerli, istərsə də xarici özəl şirkətlər tərəfindən pullu yolların inşasına başlanılır. Avtomobil Yolları Dövlət Agentliyi "Tik-İşlət-Təhvil ver" modelinə uyğun olaraq özəl şirkətlərə əməkdaşlıq üçün müraciət edib.

aia.az xəbər verir ki, agentliyin mətbuat katibi Anar Nəcəflinin "Xəzər xəbər”ə verdiyi məlumata görə, əsas məqsəd sürücülərin keyfiyyətli, daha qısa alternativ yollardan istifadə etmələrinə şərait yaratmaqdır.

Onun sözlərinə görə, hansı yolların bu model vasitəsilə tikilməsi artıq müəyyən edilib.

Anar Nəcəflinin sözlərinə görə, pullu yolların tikintisinə agentlik nəzarət edəcək. Ödənişin miqdarının yolu inşa edən şirkət tərəfindən müəyyən edilməsi nəzərdə tutulmayıb.

Müraciət yeni olduğundan bununla bağlı özəl şirkətlərdən heç bir təklif daxil olmayıb.

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-04-2024