Qumarxananın daha bir ünvanı: Əhməd Cəmil
Tarix: 15-01-2016 | Saat: 12:40
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər
Qumarbaz İqbala “dur” deyən tapılacaqmı?
Xeberinfo.com: Redaksiyamıza daha bir qumarxana ilə bağlı məlumat daxil olub. Paytaxtın Əhməd Cəmil küçəsinin bir qrup sakinindən aldığımız məlumatda deyilir ki, Əhməd Cəmil k. 69c ünvanda-18 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində çayxana adı ilə lotoxana fəaliyyət göstərir: gündüz saat 1700 -a qədər çayxana, 1700 -dan sonra isə lotoxana kimi..
Sakinlər bu məkanı əxlaqsızlıq yuvası qədər iyrənc və təhlükəli hesab edir: “Xeyli vaxtdır ki, binamızın birinci mərtəbəsində adı məlum olmayan lotoxana fəaliyyətdədir. Gündüzlər çayxana olsa da, saat təxminən 1700-dan sonra dönüb olur lotoxana. Şəhərin əksər imkanlı, əyyaş adamları gecələr bura toplanır. Səs-küydən evdə oturmaq olmur. Söyüşün biri də “bir qəpik”. Hələ bu harasıdır, belə davam etsə oğlan uşaqlarını bu lotoxanadan qoruya bilməyəcəyik. Bilmirəm aidiyyatı orqanlar hara baxır. Bu qumarbaz İqbala niyə bir “dur” demirlər?”
Bu sözlər sakinlərin xeberinfo.com-a verdiyi məlumatlardandır. Məlumata görə bu lotoxana üç şərikin birgə layihəsidir. Başçıları isə qumar aləmində “qumqrbaz İqbal” kimi tanınan şəxsdir. Qumarbaz İqbalın kifayət qədər imkanlı və əlaqəli şəxs olduğu deyilir. Sözsüz ki, şəhərin mərkəzində qumarxana işlətmək hər kəsin işi ola bilməz. Bundan ötrü qumarbaz iqbal olmaq lazımdır…
Biz bu məlumatlarla bağlı sözügedən ünvanda olduq. Apardığımız müşahidələr əldə etdiyimiz məlumatları doğrultdu. Saat 1700- 1800 -dan sonra qumarbaz İqbalın daimi müştəriləri burada yerlərini alırlar. Daha çox imkanlı müştərilər isə saat 2200 -dan sonra gəlirlər. Oyunun qaydası isə sadə və gəlirlidir: hər bir oyunda latoxana sahiblərinə 50 manat çatır. Nəzərə alsaq ki, bir oyun təxminən 5-10 dəqiqə çəkir, onda 50 manatın necə “dama-dama göl olduğu” məlum olar.
Bəlli olduğu kimi, mərhum Heydər Əliyev qumarxanaların fəaliyyətinə 1998-ci ildə qadağa qoyub. 1998-ci ildən sonra Azərbaycanın heç bir yerində qumarxana fəaliyyət göstərməyib. Görünür, bu sahənin yaxşı gəlir mənbəyi olması qumarxanaların himayədarlarını Heydər Əliyevin qadağasını pozmağa həvəsləndirib. Belə olmasaydı qumarbaz İqbal da başqa işin sahibi olmuş olardı…
Maraqlıdır ki, aidiyyatı dövlət orqanları da bu qanunsuzluğa “göz yummaqdadırlar”. Bu istiqamətdə də müəyyən məlumatlarımız var: Kimlər və hansı şərtlərlə qumarbaz İqbala “krışa”lıq edir? Qarşıdakı günlərdə bu suala da aydınlıq gətirməyə çalışacağıq.
Yazı hazırlanarkən hörmətli İqbal müəllimi də dinləmək istədik, təəssüf ki, alınmadı.
Seyid
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024