Mobil versiya
Deputat: Əli İnsanovun “boğazına kəfən dolayıb” siyasi meydana atılacağı barədə çıxışları Azərbaycana siyasi terror ənənəsi gətirməyə hesablanıb
Tarix: 06-05-2019 | Saat: 10:23
Bölmə:Siyasət | çapa göndər

Deputat:


Milli Məclisin deputatı Hikmət Babaoğlu bu ilin martın 16-da Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə azadlığa çıxan sabiq səhiyyə naziri Əli İnsanovun “Amerikanın səsi” radiosunda səsləndirdiyi əsassız açıqlamaya münasibət bildirib.

H.Babaoğlu bildirib ki, ictimai və siyasi yaddaşda adı rüşvətxorluq və korrupsiya ilə assosiasiya olunan Əli İnsanovun siyasətçi adına iddia etməsi mümkün deyil:

"Prezident İlham Əliyevin humanist addımı nəticəsində azadlığa çıxan sabiq səhiyyə naziri Əli İnsanovun son açıqlamalarında qisasçılıq mövqeyindən çıxış etməsi, Azərbaycanın milli məsələləri ilə bağlı dilə gətirdiyi ifadələr bu adamın düşüncəsinin və siyasi mövqeyinin əslində düşmənimiz olan ermənilərin saxta təbliğatına daha yaxın olduğunu göstərir. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini açıqlayarkən, Azərbaycanın milli davasına xəyanət edir, qisasçılıq hissi ilə çıxış edərək Azərbaycanın milli bütövlüyünü pozan fikirlər səsləndirir. Buna görə də onun siyasi iddia ilə çıxış etməyə mənəvi haqqı çatmır".

Millət vəkilinin sözlərinə görə, Ə.İnsanovun “boğazına kəfən dolayıb” siyasi meydana atılacağı barədə çıxışları əslində Azərbaycana siyasi terror ənənəsi gətirməyə hesablanıb ki, bu da yolverilməzdir: "Onun səsləndirdiyi fikirlərin hamısının cəmi o deməkdir ki, Ə.İnsanov ölkənin milli maraqlarına, əldə olunan nailiyyətlərə, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına qısqanclıqla yanaşır, həmçinin çıxışlarında Qərbin adını çəkməklə, hətta açıq şəkildə qərbyönümlü təşkilat yaradacağını elan etməklə özünə havadar axtarır. Ancaq Qərbdə də dərk edirlər ki, belə radikal mövqedən çıxış edən, rüşvətxorluq və korrupsiyaya görə layiqli cəza alan keçmiş məmurdan siyasətçi düzəltmək olmaz”.

H.Babaoğlu bildirib ki, Ə.İnsanovun açıqlamaları və anti-milli mövqeyi Azərbaycanın siyasi gündəminə əsla təsir edə bilməz: “Çünki o, dövlətin icraedici hakimiyyətində yüksək vəzifə tutduğu, nazir vəzifəsində işlədiyi vaxtlardakı fəaliyyəti ilə səhiyyə sahəsini bərbad günə qoyması xalqın yadından çıxmayıb. Eyni zamanda Ə.İnsanovun korrupsiya və rüşvətxorluqda ittiham olunaraq törətdiyi cinayətlərə görə həbsxanada cəza çəkməsi xalqa da bəllidir. Çünki bütün bunlar Azərbaycan xalqının gözü qarşısında baş verib. Ona görə də adı yaddaşlarda korrupsiya ilə assosiasiya olunan bir şəxsin siyasətə qayıtması mümkün deyil”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2024