Mobil versiya
Ağstafada iki nəfəri bıçaqlayan şəxs tutuldu
Tarix: 06-05-2019 | Saat: 10:13
Bölmə:Cəmiyyət | çapa göndər

Ağstafada iki nəfəri bıçaqlayan şəxs tutuldu


Mayın 4-də gecə saatlarında 39 yaşlı Sumqayıt şəhər sakini Həsən Abbasovun və 24 yaşlı Ağstafa rayon Aşağı Göycəli kənd sakini Ülvi Quliyevin kəsici-deşici alətlə müxtəlif bədən xəsarətləri almaları barədə Ağstafa rayon Polis Şöbəsinə məlumat daxil olub.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan aia.az-a verilən məlumata görə, Ağstafa şəhər sakini, 27 yaşlı Kamran Şadlinski şübhəli şəxs qismində saxlanılıb.



O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, zərərçəkənlərə aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.



Faktla bağlı araşdırmalar davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024