Mobil versiya
Müdafiə naziri: "Azərbaycan Ordusunun döyüş qabiliyyəti ən yüksək səviyyədədir"
Tarix: 01-05-2019 | Saat: 16:19
Bölmə:Manşet / Siyasət | çapa göndər

Müdafiə naziri:


"Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Silahlı Qüvvələrdə, Azərbaycan Ordusunda həyata keçirdiyi islahatlar nəticəsində bu gün ordumuzun xidməti fəaliyyəti və döyüş qabiliyyəti ən yüksək səviyyədədir".

Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.

Nazir vurğulayıb ki, Azərbaycan Ordusunun xidməti döyüş fəaliyyətindən, onun inkişafından, aparılan islahatlardan günlərlə danışmaq olar: "Azərbaycan inkişaf edir. Təbii ki, ölkəmizin hərbi sahəsi də günü-gündən inkişaf edir. Ordumuz ən müasir silahlarla təhciz olunub. Ən əsası Azərbaycanın əsgərindən tutmuş generalına kimi hamıda böyük vətənpərvərlik və yüksək əhval-ruhiyyə var. Onlar hər zaman Ali Baş Komandanın əmrini icra etməyə qadirdirlər".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2024