Mobil versiya
Eldar Mahmudovun "kassası"nın məhkəməsi başladı - HƏBSDƏN ÇIXMAĞI TƏLƏB ETDİ
Tarix: 01-05-2019 | Saat: 12:52
Bölmə:Gündəm | çapa göndər

Eldar Mahmudovun "kassası"nın məhkəməsi başladı


Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun məhkəməsi başlayıb.

Bakupost.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə V.Mahmudovun anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə bilinib ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) iş üzrə mülki iddiaçı kimi tanınır.

Digər zərərçəkmişlər - hazırda həbsdə olan Zaur Əzimov və Sahib Qurbanov məhkəmədə mülki iddia qaldırıb. Z.Əzimov ümumilikdə 320 min və S.Qurbanov isə 100 min manatlıq qaldırdığı mülki iddianı məhkəməyə təqdim edib.

Məhkəmə mülki iddiaları icrata götürüb.

Daha sonra təqsirləndirilən V.Mahmudovun vəkili çıxış edərək müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib.

Vəsatət təmin edilməyib.

Məhkəmə mayın 15-nə təyin edilib.

Qeyd edək ki, keçmiş milli təhlükəsizlik naziri E.Mahmudovun əmisi oğlu V.Mahmudov 2017-ci il noyabr ayının əvvəlində həbs edilib. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq sabiq nazir E.Mahmudovun köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant V.Mahmudov MTN-in vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Ona inayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 313-cü (vəzifə saxtakarlığı) və 341.2.3-cü (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024