Mobil versiya
Dünya ölkələrində ərzağa nə qədər pul xərclənir? - MARAQLI
Tarix: 29-04-2019 | Saat: 17:14
Bölmə:Media | çapa göndər

Dünya ölkələrində ərzağa nə qədər pul xərclənir?


Dünyada firavanlıq və rifahın əsas göstəricilərindən biri ailələrin aylıq gəlirlərinin ərzaq, geyim, əyləncə və s. sahələr üzrə necə bölünməsidir. Aylıq gəlirin ərzağa xərclənən hissəsi bu hesablamanın əsas indikatoru rolunu oynayır.



Modern.az xəbər verir ki, 2018-ci ildə Beynəlxalq Valyuta Fondunun və BMT-nin ortaq hesabatlarına görə, Avropada ərzağa ən çox pul Ukrayna vətəndaşları tərəfindən xərclənib.

Ukrayna sakinləri orta hesabla aylıq gəlirlərinin 50,9%-ni ərzağa, 3,9%-ni tütün və içkiyə, 2,8%-ni kafe, restoran və otellərə, 1,9%-ni isə mədəni istirahətə sərf edib.


Ərzağa xərclədikləri vəsaitə görə Qazaxıstan (46%), Moldova (43,4%) və Belarus (38,2%) Avropanın növbəti ölkələri hesab olunur. Bu ölkələdcə mədəni istirahətə aylıq gəlirin cəmi 1,1-2,3% xərclənir.


Avropada ərzağa ən az xərclənən vəsait Lüksemburq sakinlərinə məxsusdur. Bu ölkənin sakinləri aylıq gəlirlərinin 8,7%-ni ərzağa sərf edir.

Növbəti pillələrdə yerləşən Böyük Britaniya sakinləri ərzağa aylıq gəlirlərindən 10%, Hollandiya sakinləri10,6%, İrlandiya sakinləri 11,5% və Finlandiya sakinləri isə 11,7% vəsait xərcləyiblər.



Qonşu Rusiya vətəndaşları 2018-ci ildə orta hesabla aylıq gəlirlərinin 31,2%-ni, Türkiyə sakinləri isə 19,7%-ni ərzağa sərf edib.


Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, azərbaycanlılar aylıq gəirlərinin 42,4%-ni ərzaq məhsullarına sərf edir. Bu, Avropada ən yüksək göstəricilərdən biridir.

Ermənistanda bu göstərici 43,8%, Gürcüstanda isə 40,4%-ə bərabərdir.



Dünya miqyasında ərzağa ən çox pul xərcləyən ölkələr Nigeriya, Kamerun və Çad hesab olunur. Bu ölkələrdə ərzaq xərcləri aylıq gəlirlərin 70-80%-i arasında dəyişir. Dünyanın bir çox ölkələrində dəqiq statistikanın aparılması qeyri-müəyyən olduğu üçün dəqiq informasiyaların əldə olunmasında cidid problemlər var.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024