Mobil versiya
Deputat Vahid Əhmədovdan ETİRAZ: “...bizə yaraşan hərəkət deyil”
Tarix: 26-04-2019 | Saat: 13:08
Bölmə:Siyasət | çapa göndər

Deputat Vahid Əhmədovdan ETİRAZ:



““İçərişəhər” qoruqdur. Bu, qorunub saxlanılmalıdır. Azərbaycanın tarixi, sərvətidir. Qala divarlarına toxunmaq olmaz”.

Bunu Modern.az-a açıqlamasında deputat Vahid Əhmədov son günlər medianın və sosial şəbəkələrin gündəmini zəbt edən “İçərişəhər” ərazisində aparılan tikintilərlə bağlı danışarkən deyib.
Deputat vurğulayıb ki, tikinti aparılarkən Qala divarlarına toxunmaq olmaz:
“Düzdü, İçərişəhərdə müəyyən tikinti işləri gedir. İaşə obyektlərini istifadəyə verirlər. Bunu elə etmək lazımdır ki, Qala divarlarına toxunulmasın. Bu yaxınlarda Amerikada oldum. XVIII-XIX əsrə aid olan divarları qoruyub saxlayırlar. Bu günə kimi Vaşinqtona gəlib-gedənlərə göstərirlər ki, orada işğal dövrü yaşanıb. Hesab edirəm ki, bizim Qala divarları da qorunub saxlanılmalıdır”.


Parlament üzvünün sözlərinə görə, hər hansı qanunsuz tikili aparılarkən mütləq qarşısı alınmalıdır:
““İçərişəhər” turizm obyektidir. Ölkəmizə təşrif buyuranlara Azərbaycanın tarixindən, müstəqilliyindən danışırıq. “İçərişəhər”də hər hansı ciddi tikililər aparılırsa, mütləq ictimai müzakirəyə çıxarılmalıdır. Ziyalılar, millət vəkilləri fikirlərini bildirməlidir. “İçərişəhər”də hər hansı tikilinin aparılması bizə yaraşan hərəkət deyil. Bu cür halların qarşısını elə formada almaq lazımdır ki, hadisə bir daha təkrar olunmasın”.

Vahid Əhmədov Bakı bələdiyyəsinin yaranmasının vacibliyini də qeyd edib. O bildirib ki, bu cür işlərlə bələdiyyələr məşğul olmalıdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2024