Mobil versiya
“İçərişəhər” İdarəsi ittihamlara CAVAB VERDİ: “...onların bu təxribatları keçməyəcək”
Tarix: 26-04-2019 | Saat: 12:49
Bölmə:Manşet / Gündəm | çapa göndər

“İçərişəhər” İdarəsi ittihamlara CAVAB VERDİ:


İçərişəhərin Kiçik Qala küçəsində yaxın ərazidə yerləşən iaşə obyektləri 10 ildir fəaliyyət göstərir.

aia.az ONA-ya istinadən xəbər verir ki, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin aparat rəhbəri Riad Qasımov bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, idarə dövlət mülkiyyətində olan bu obyektlərin köhnəlməsini nəzərə alaraq idarə, təmir edilməsi qərarına gəlib: “Həmin restoranlar sökülərək metal və şüşə konstruksiyalardan tikilir. Həmin layihə yay aylarında bitəcək”.

İşlər “Manqal”, “Sehrli təndir” restoranlarını əhatə edir. Həmin restoranların köhnə divar rekonstruksiyaları yeniləri ilə əvəz edilir. Tikinti işlərinin bitməsinə az qalıb.

R.Qasımov qeyd edib ki, sosial şəbəkələrdə paylaşılan görüntülər təxribat xarakterli məlumatdır:

“Müxalif qüvvələrin hər zaman ölkəmizdə keçirilən nəhəng yarışlardan bir neçə gün öncə bu cür təxribatlar edir. Biz hamımız bilirik ki, yaradılandan 20-22 il ərzində idarə ölkə başçısının və birinci vitse-prezindetin qayğısı nəticəsində nə qədər abidəni bərpa edib. Müxalif qüvvələr bu abadlığı görmür və təxribat törədirlər. Kimlərinsə marağındadır ki, qoruqdakı yenilikləri söküntü kimi qələmə versin. Bu təxribatlar keçməyəcək. Kimlərsə istəyir ki, onlara diqqət göstərilsin. Bu fotoları birinci təqdim edən insan hüquqşünasdır, mən özüm də hüquqşünasam. Ona üzümü tutub demək istəyirdim ki, İçərişəhər haqqında sənədləri oxusun, görsün ki, İçərişəhər harada başlayır, harada bitir. O, təkliflər vermək istəyəndə, bizi savadsız göstərmək istəyəndə özü dediyi məlumatları əsaslandırmalıdır”.

R.Qasımov bildirib ki, sosial şəbəkədə yayılan qala divarlarına aid fotolar 2011-ci ilə aiddir: “İdarə təzə yaradılan zamanı biz qərara almışdıq ki, qala divarlarının sovetlərdən əvvəlki görkəmini bərpa edək. Onun üçün də əvvəllər orda olmuş bürcü bərpa etdik. Biz çox şadıq ki, o vaxt ölkə başçısı tərəfindən bu təklif qəbul edildi və bir il ərzində tikildi. Həmin şəkil 2012-ci ildə tikilib. Ayıb olsun o şəxslərə ki, bu şəkilləri paylaşırlar. Həmin şəkilləri paylaşanlar sübut edirlər ki, ən azı 8 il İçərişəhərdə olmayıblar”.

R.Qasımov əlavə edib ki, restoranlar olan ərazilərdə çirkab suların axması problemi tam həll olunub: “Obyektlər təxminən 1 metr aralıda tikilib. Ara məsafəsində görə qala divarlarına həm nəmişlik olmayacaq, həm də şüşə konstruksiya sayəsində qala divarları görünə biləcək. Bu restoranlar artıq İçərişəhərdə abidəyə çevrilib, İçərişəhərin tərkib hissəsi olub”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024