Mobil versiya
Prezident İlham Əliyev “Huawei” şirkətinin sədri ilə görüşüb - YENİLƏNİB
Tarix: 25-04-2019 | Saat: 09:37
Bölmə:Manşet / Siyasət | çapa göndər

Prezident İlham Əliyev “Huawei” şirkətinin sədri ilə görüşüb


Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində "Huawei” şirkətinin sədri Lian Xua ilə görüşüb.

"Huawei” şirkətinin sədri Lian Xua artıq 15 ildən çoxdur Azərbaycanda uğurla fəaliyyət göstərdiklərini bildirdi və onlara yaradılan şəraitə görə dövlətimizin başçısına təşəkkür etdi.

Prezident İlham Əliyev "Huawei” şirkətinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirdi, bu şirkətin informasiya-kommunikasiya texnologiyaları sahəsində dünyanın aparıcı şirkətlərindən biri olduğunu qeyd etdi. Həmçinin 2015-ci ildə Çinə dövlət səfəri zamanı "Huawei” şirkətinin fəaliyyəti ilə yaxından tanış olduğunu bildirdi. Azərbaycan ilə "Huawei” arasında əməkdaşlıq baxımından böyük perspektivlərin olduğunu deyən dövlətimizin başçısı bu şirkətin "Bakutel” sərgisində ənənəvi iştirakından məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev İKT sahəsində ölkəmizdə həyata keçirilən islahatlardan danışdı, bu sahədə "Huawei” ilə əməkdaşlığın perspektivli olduğunu bildirdi.

Söhbət zamanı İKT infrastrukturu, ağıllı kənd təsərrüfatı, ağıllı şəhər və ağıllı ev, rəqəmsal iqtisadiyyat, rəqəmsal təhsil və digər sahələrdə reallaşdırıla biləcək layihələrlə bağlı fikir mübadiləsi aparıldı.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2024