Mobil versiya
Azərbaycanda qızılcaya yoluxma halları azalıb
Tarix: 24-04-2019 | Saat: 10:56
Bölmə:Karusel / Qərbi Azərbaycan | çapa göndər

Azərbaycanda qızılcaya yoluxma halları azalıb



Mart ayının sonundan Azərbaycanda qızılcaya yoluxma hallarının sayında azalma müşahidə olunur.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, Azərbaycanda qızılcaya yoluxma 2018-ci ilin noyabrın son günlərindən qeydə alınmağa başlayıb: "Xəstəliyin yayılması bu ilin yanvar və fevral aylarında daha çox müşahidə edilib. Bu il yanvar ayında Azərbaycanda 106, fevralda 110, martda 23 yoluxma halı baş verib. Aprel ayında yoluxma sayının 20-yə yaxın olacağı gözlənilir".

Direktor müavini bildirib ki, qızılcaya yoluxma, əsasən böyük yaşlı insanlar arasında qeydə alınıb.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə