Mobil versiya
Xaləddin İsgəndərovun işçiləri narazılıq yaradır - ŞİKAYƏT VAR
Tarix: 13-01-2016 | Saat: 15:31
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər

Xaləddin İsgəndərovun işçiləri narazılıq yaradır - ŞİKAYƏT VAR
Xaləddin İsgəndərovun işçiləri narazılıq yaradır
DİA.AZ: - Son günlər manatın məzənnəsinin aşağı düşməsi səbəbindən əsəbləri onsuz da tarıma çəkilən vətəndaşları bir yandan da məmur özbaşınalıqları yormaqdadır. Bu barədə DİA.AZ-a müraciət edən Bakı sakini Rövşən Nəcəfovun şikayət ərizəsində qeyd olunur.

Narazı vətəndaş dia.az-a bildirir ki, Binəqədi rayon Rəsulzadə qəsəbəsində başçının icra nümayəndəsi Məmmədov Mübariz Hidayət oğlunu iş yerində tutmaq imkansız olub: "Anam rəhmətə gedib. Müvafiq sənədləşmə işlərini həyata keçirməliyəm. Amma icra nümayəndəsi Mübariz Məmmədovu iş başında tuta bilmirəm. Qapısında qeyd edib ki, 1-3-cü günlər qəbul günüdür.

Amma bu günlərdə belə icra nümayəndəsini yerində tapmaq olmur. Hara şikayət edək, hansı qurumun qapısını döyək, bilmirik. İnsanlara qarşı bu qədər də biganə olmaq olmaz axı. Yerini soruşanda da adamı ələ salırlar. Onsuz da əsəblərimiz qaydasında deyil"...

Qarşı tərəfi də dinləməyə hazırıq...



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə