Tahir Budaqov bir dövlət komitəsini necə iflic edib? -
Tarix: 13-01-2016 | Saat: 15:29
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər
Tahir Budaqov bir dövlət komitəsini necə iflic edib?
Bu ilin avqust ayında Dövlət Statistika Komitəsinin sədri təyin olunan Tahir Budaqov rəhbərlik etdiyi yeni qurumda təkcə struktur islahatı ilə deyil, həm də kadr seçimiylə ciddi narazılığın əsasını qoyub.
Bu barədə Mia.az-a komitənin adının çəkilməsini istəməyən əməkdaşlarından biri deyib.
Onun sözlərinə görə, Tahir Budaqov yeni vəzifəsində "kənardan gəlmiş yad rəhbər statusu” fikirini darmadağın etmək üçün kollektivin qarşısında müavinlərini də alçaltmaqdan sanki zövq alır:
"Tahir Budaqov müavinləri Rauf Səlimova və Yusif Yusifova qarşı həddən artıq sərt davranır. O, kollektivin gözü qarşısında müavinlərini sanki "sındırmağa” çalışır. Şəxsən, mən hələ də təəccüblənirəm ki, bu şəxslər niyə istefa vermilər. Rauf müəllim də, Yusif müəllim də istedadlı adamlardı. Hansı ali məktəbə getsələr, dərs deyib, pullarını qazana bilərlər. Daha bu dərəcədə gərginlik altında işləməyin nə mənası var. Baxın, yeni sədr onların təkliflərinə kollektivin qarşısında istehza edir, onların adı ətrafında qeyri-ciddi imic formalaşdırmağa çalışır. Bir sözlə, o, şərtlər daxilində bu şəxslərin orada qalıb işləməsi maraqlıdır”.
Mənbə deyir ki, yeni sədr 6 aya ərzində bir sıra önəmli vəzifəli şəxsləri də postlarından uzaqlaşıdırb:
"Məsələn, o, YAP icra katibi, baş nazirin müavini Əli Əhmədovun köməkçisi Mahir Abbasəliyevin atası Ziyad Abbasəliyevi aparat rəhbəri vəzifəsindən "vurdu”. Bəli, sədr gələn kimi isə ilk olaraq Qərbi Azərbaycan kökənli aparat rəhbəri Ziyad Abbasəliyevi vəzifədən pensiya getməyə məcbur elədi. Ziyad müəllim ağıllı adamdır, gördü ki, belə qaba və statistikadan anlayışı olmayan biriylə işləmək mümkün deyil. Ona görə, öz ərizəsiylə getdi. Onun yerinə isə oktyabr ayıbda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti şöbəsinin müdiri Vahab Məmmədovu təyin etdi. Düzdür, Vahab Məmmədov Tahir Budaqovun yerlisi deyil, lakin onları bir-birinə bağlayan çox ciddi fakrlar var ki, bu da başqa mövzunun söhbətdir”.
Müsahibimiz deyir ki, Tahir Budaqovun ən sərt addımı isə Dövlət Statistika Baş Hesablama Mərkəzi (BHM) ilə bağlı olub:
"O, əslən Qərbi Azərbaycandan olan Vəli Allahverdiyevin rəhbərlik etdiyi Baş Hesablama Mərkəzini də tamamilə ləğvinə nail oldu, özünü də işsiz qoydu. Hətta ilk günlər mərkəzin balansında olan binanı bir əmrlə Vəli Allahverdiyevin sərəncamından çıxardı. Hansı ki, bunu mərhum sədr Arif Vəliyev 20 il ərzində edə bilmirdi. Nə isə. Bununla kifayətlənməyən Tahir Budaqov Nazirlər Kabinetinə müraciət edərək, Vəli Allahverdiyevin uzun illər rəhbərlik etdiyi mərkəzin ləğvini qaldırdı və buna da nail oldu. Komitənin "ürəyi” sayılan mərkəzin bütün əməkdaşlarını isə işdən azad etdi. Daha doğrusu, onlara "kim işləmək istəyirsə, boşalacaq yerlərə imtahan versinlər”, kimi nagüman xəbərdarlıq elədi.
Vəli Allahverdiyevə gəldikdə isə, ona hələki heç bir iş verməyib. Hansı ki, o, sıradan bir məmur deyildi. Onun qardaşının biri – Qəhrəmən Allahverdiyev uzun illər Ali Məhkəmənin hakimidir, digər qardaşı Haley Allahverdiyevsə diplomatdır. Ancaq Tahir Budaqov Ziyad Abbasəliyev kimi onu da "vurdu””.
Məlumatlı şəxs deyir ki, artıq mərkəzin rəhbər şəxsləri mətbuata çıxaraq şikayətlənməyə başlayıblar:
"Yəqin BHM-in Xidmət statistikası məlumatları şöbəsinin rəis müavini Ziba Manafovanın Tahir Budaqovu çox sərt isttiham edən şikayətini oxumusunuz. O, yeni komitə sədrinin BHM-nin ləğvi üçün Nazirlər Kabinetinə müraciət etməsini, öz növbəsində Nazirlər Kabinetinin də 19 noyabr 2015-ci il tarixli 385s saylı sərancam verərək mərkəzi ləğv etməsini tam qanunsuz sayıb. Üstəlik, Baş Hesablama Mərkəzinin kollektivinin başına gətirilən bu qanunsuz hərəkətlərin uzun illərin zəhməti ilə formalaşmış statistika sistemini iflic vəziyyətinə salacağını, cox məsuliyyətli hesabatlar dövründə işin axarını pozacağını iddia edib. Eyni zamanda, Dövlət Statistika Komitəsində baş verən bu qanunsuzluqlarda hansı məqsədlərin güdüldüyü haqda yaxın günlərdə ictimaiyyətə daha geniş açıqlama verəcəyklərini qeyd edib”.
Bütün bunlar isə onu göstərir ki, qarşıda Tahir Budaqovu sərt ittihamlar gözləyir. O da mümkündür ki, ona qarşı əksər şöbə müdirləri də qoşulacaqlar: "Çünki ölkədəki böhranı da bəhanə eedən yeni sədr onların hamısını vəzifələrindən uzaqlaşdırmaq və özünə yeni komanda formalaşdırmaq istəyir. Böyük ehtimalla o, üç müavinin də öz adamları ilə əvəzlənməsinə də nail olacaq. Ancaq bu addımlar müavinlərin şöbə müdirləri ilə birləşib, ona qarşı qiyama səbəb verəcəyi də istisna deyil!”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024