Mobil versiya
Azərbaycanla Avropa İttifaqı arasında saziş mayın 13-də imzalanacaq
Tarix: 23-04-2019 | Saat: 12:50
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycanla Avropa İttifaqı arasında saziş mayın 13-də imzalanacaq




“Prezident İlham Əliyev dəfərlərlə bəyan edib ki, Dağlıq Qarabağ problemi ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilə bilər. Bunun sülh, müharibə yolu ilə həyata keçirilməsi mümkündür. Bəzi qüvvələr Azərbaycanla Avropa İttifaqı arasında bağlanacaq sazişə kölgə salmağa çalışırlar”.



Modern.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında parlamentin İctimai Birliklər və dini qurumlar komitəsinin sədri, Siyavuş Novruzov deyib. O bildirib ki, həmin qüvvələr müxtəlif bəhanələrlə bunu edirlər.



S.Novruzov vurğulayıb ki, ölkə daxilində də sənədin imzalanmasına əngəl olan qüvvələr var.



Parlamentin sədri Oqtay Əsədov isə qeyd edib ki, sazişin imzalanmasına maneə törədən qüvvələr ermənilərdir: “Saziş layihəsində Dağlıq Qarabağ ərazisi Azərbaycanın ərazisi kimi qeyd olunub, biz buna nail olmuşuq. Texniki məsələlər qalıb ki, onlar da həll edilir.

Ermənilər bu sazişə əngəl olmağa çalışırlar. Saziş yüksək səviyyədə hazırlanıb, sazişin bu il mayın ayının 13-də imzalanması nəzərdə tutulur. Bu, Azərbaycan xalqının xeyrinə olacaq”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2024