Mobil versiya
Nazir: Azərbaycanda yük daşımalarının həcminin artması iqlimə təsir göstərir
Tarix: 22-04-2019 | Saat: 13:12
Bölmə:Gündəm | çapa göndər

Nazir:


Müstəqillik əldə etdikdən sonra Azərbaycan tullantıların idarə olunmasına və ətraf mühitin müdafiəsinə xüsusi diqqət ayırmağa başladı.

Trend-in məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev SOCAR-ın IV beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Neft emalı, Neft-kimya, Ticarət, Logistika” beynəlxalq forumunda deyib.

Nazir bildirib ki, Azərbaycanda sənaye istehsalı 170 il əvvəl başlayıb və bu da ölkənin ətraf mühitinə və iqliminə təsir göstərir.

M.Babayev qeyd edib ki, ildən-ilə Azərbaycan ərazisindən yük daşımaları təkcə qonşu ölkələrdən deyil, həm də “Bir kəmər, bir yol” çərçivəsində Çin, Yaponiya, Cənubi Koreya və digər ölkələrdən artır. Bu da iqlimə təsirini göstərir.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024